SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Akkord”un “Alkopon terroru”; və ya şirkət Prezidentin göstərişinə niyə əməl etmir? – Fotolar

“Akkord”un “Alkopon terroru”; və ya şirkət Prezidentin göstərişinə niyə əməl etmir? – Fotolar

Tarix:

28-03-2019, 08:37

/ 2 093 dəfə oxundu.
“Akkord”un “Alkopon terroru”; və ya şirkət Prezidentin göstərişinə niyə əməl etmir? – Fotolar

Nizami rayonunda “Diqlas” ticarət mərkəzinin yanaraq kül olması bu materialla üzlənən bina və ticarət obyektlərin təhlükəsizlik məsələsini yenidən gündəmə gətirdi. AzEuroNews.com xəbər verir ki, hazırda dünya bazarında bir neçə cür alkopon materialdan olan üzlüklər var. Yanğına davamlı və heç yanmayan alkopon materiallı üzlüklər nisbətən baha olduğundan Azərbaycan bazarına əsasən Çin istehsalı olan və tez alışan alkopon üzlüklər gətirilir. Bakıda yaşayış və iaşə obyektlərinin az qala 70-80 %-i bu üzlüklərlə üzlənib.
“Akkord”un sakinlər üçün yaratdığı təhlükələr
Alkopon üzlüklə üzlənən yaşayış binaları komplekslərindən biri də məşhur “Akkord” şirkətinə aiddir. Sabunçu rayonu Bakıxanov qəsəbəsində “Uğur-2” adlı yaşayış kompleksinə nə az, nə çox düz 8 bina daxildir. Hamısı da tez alışan alkopon üzülüklə üzlənib.

Dəfələrlə saytımıza müraciət edən sakinlər bildiriblər ki, azca külək olan kimi alkoponlar qoparaq başlarına, avtomobillərin üzərinə düşərək onlara ziyan verir. Bu kompleksdə sakinlərin təhlükəsizliyi şirkət rəhbərini, bina komendatlarını maraqlandıran ən son məsələdir.

Sakinlər deyir ki, binada yanğın çıxışları yoxdur. İkisi sərnişin, biri yük olmaqla hər binada üç lift var. Gəl ki, bu liftlər bərbad gündədir. Bəzi binalarda cəmi bir lift işləyir. Nəzərə alsaq ki, hər binada 200-dən çox mənzil var, yaranan mənzərə sözlə ifadə ediləcək dərəcədə deyil.

Bina sakinlərinin sözlərinə görə, bir neçə dəfə mətbuatda bu barədə material dərc olunduqdan sonra binlardan birinin yola baxan tərəfini yenidən üzləyiblər. Amma, tam yox… yəni görüntü xatirinə…

Bu binalarda bir neçə dəfə yanğın hadisəsi da baş verib. Amma, xoşbəxtlikdən yanğın sakinlərin hesabına söndürülüb. Sakinlər deyir ki, o vaxt yanğın baş verəndə Fövqəlada Hallar Nazirliyinin (FHN) yanğın söndürən maşınlarının pilləkənləri 19-cu mərtəbəyə çatmırdı.
“Diqlas”da baş verən yanğından sonra sakinlər narahatdırlar. Elə FHN şefi Kəmaləddin Heydərov da bildirdi ki, alkopon üzlüklər tez alışır və söndürülməsi uzun çəkir.

➤ Sakinlərin tələbi: Prezidentin göstərişi icra edilsin!

Sakinlər deyir ki, Prezident İlham Əliyev iki-üç il bundan əvvəl aeroport yolundan keçərkən bu binaların üzlüklərinin dəyişdirilməsi ilə bağlı göstəriş verib. O vaxt rayon icra hakimiyyətinin nümayəndələri ilə birgə sakinlərlə görüşən “Akkord” rəhbərliyi bildirib ki, tezliklə binalar daş üzlüklə üzlənəcək.

Amma indiyə kimi “Akkord” rəhbərliyi bir səbəb göstərmədən Prezidentin göstərişini icra etmir.

Sakinlər deyir ki, “Diqlas”da baş verən yanğından sonra çox qorxublar. Və onlar yaxın günlərdə bina üzlüklərinin dəyişdirilməsi tələbi ilə Prezident Administrasiyasına yürüş edəcəklər. Artıq bu barədə sakinlər birgə razılığa gəliblər.

Mövzu ilə bağlı “Akkord” rəhbərliyinin mövqeyini öyrənmək mümkün olmayıb. Onları da dinləyib, fikirlərini dərc etməyə hazırıq.
“Akkord”un “Alkopon terroru”; və ya şirkət Prezidentin göstərişinə niyə əməl etmir? – Fotolar
“Akkord”un “Alkopon terroru”; və ya şirkət Prezidentin göstərişinə niyə əməl etmir? – Fotolar
“Akkord”un “Alkopon terroru”; və ya şirkət Prezidentin göstərişinə niyə əməl etmir? – Fotolar
“Akkord”un “Alkopon terroru”; və ya şirkət Prezidentin göstərişinə niyə əməl etmir? – Fotolar

Şərhlər

XƏBƏR LENTİ