XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Akkord”un “Uğur-2” fırıldağı Sabunçu məhkəməsinə gedir

“Akkord”un “Uğur-2” fırıldağı Sabunçu məhkəməsinə gedir

“Akkord”un “Uğur-2” fırıldağı Sabunçu məhkəməsinə gedir
26-12-2017, 17:20

“Akkord” tikinti korporasiyası inşa etdiyi binaları satıb pulunu aldıqdan sonra yaxasını kənara çəkib”.
Bu sözləri AzEuroNews.com-a şirkətin Bakıxanov qəsəbəsində yerləşən “Uğur-2” yaşayış kompleksində yaşayan sakinlər söyləyiblər.

Kvadratda saxtakarlıq
Onlar deyirlər ki, “Akkord” yaşayış binalarında problemlərin birinə də akkord vurmayıb.
Bu mənzilləri tələm-tələsik, arxitekturası bərbad formada tikiblər. Evlərin kvadratında vətəndaşlar aldadılıb.
İndi mənzil sahibləri evlərinin kvadratını ölçüb müqavilədə göstərilən kvadratla uyğun gəlmədiyinin şahidi olublar. Bəzi vətəndaşlar məhkəmələrə üz tutmağa hazırlaşır.
“Akkord”un kvadratda yalanının üstü açılandan sonra Sabunçu rayon İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi təqdim olunub.
Onlarla sakin şirkətin təzminat ödəməsini tələb edir. Bir neçə il qabaq vətəndaşlardan biri mənzilinin kvadratını ölçüb və 7-8 kvadrat əskik gəldiyi üzə çıxıb.
Məsələ böyüyüb və həmin şəxsə təzminat ödənilib. İndi proses təzədən başlanıb və Sabunçu məhkəməsində işə baxılması gözlənilir.
Bundan əlavə, mənzillərin “kupça”ları yoxdur və dekabrda olacağı vəd edilmişdi. Ancaq hələ də müqavilə sənədi ilə qeydiyyat aparılıb. Sakinlər “Akkord”un “kupça” verəcəyi günü gözləyirlər.

8 binada faciə gözləntisi

Sakinlərin sözlərinə görə, “Uğur-2” 8 binadan ibarətdir və problemlər aşıb-daşır: liftlər elə gün yoxdur ki, xarab olmasın, sakinlər liftdə qalmasın, saatlarla blokun qapısında növbələr yaranmasın.
Təzə liftlərin içalatı bərbad günə düşüb, düymələri qoparılıb, şüşələri çatlayıb, yan-yörəsi taxta ilə yamaqlanıb, monitor düzgün işləmir, yuxarı mərtəbəyə qalxan aşağıya düşür, 15-ci mərtəbəyə gedən 8-ə düşür və s.
Sakinlər onu da bildirirlər ki, 8 binanın əksəriyyətində mərtəbələrin qapıları oğurlanıb və indiyə qədər oğurluq davam edir. Guya bunu fəhlələr edirlər və heç də inandırıcı deyil.
Problemləri sadalayan “Akkord” camaatı deyir ki, həyətdə avtomobil saxlamağa yer qamayıb, qarajlar satılır, maşınlar az qala bir-birinin üstünə çıxır.
Kompleksin həyəti maşın bazarına oxşayır. Habelə, şlaqbaumlar işləmir, sürücülərə kart verilmir.
Ən nəhayət, vətəndaşlar bu binalarda hər an faciə ola biləcəyini qeyd edirlər. Onlar deyirlər ki, binaların fasadlarındakı alkoponlar güclü küləkdən qoparaq yerə düşür.
“Bu alkoponlar ülgüc kimidir, Allah iraq eləsin, kiminsə başına düşsə başını üzəcək. Şirkət rəhbərliyi nə fikirləşir, bilmirik.
Gözləyirlər ki, haçansa faciə olsun, sonraə ncam çəksinlər. Bu binaların taleyi ilə maraqlanan yoxdur. Prezident də bu yoldan keçəndə tapşırmışdı ki, fasadlar dəyişdirilsin. Amma “Akkord” əməl etmədi.
Şirkət evləri satıb, pulunu qazanıb, indi də problemləri yarımçıq qoyub. Biz yaxın günlərdə prezidentə və Mehriban xanıma məktub yazmağa hazırlaşırıq”.
“Akkord”un “Uğur-2” fırıldağı Sabunçu məhkəməsinə gedir
“Akkord”un “Uğur-2” fırıldağı Sabunçu məhkəməsinə gedir
“Akkord”un “Uğur-2” fırıldağı Sabunçu məhkəməsinə gedir

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.