SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ƏZİZ ƏZİZOV AĞACLARIN MƏHVİNƏ NİYƏ GÖZ YUMDU -VİDEO

ƏZİZ ƏZİZOV AĞACLARIN MƏHVİNƏ NİYƏ GÖZ YUMDU -VİDEO

Tarix:

19-07-2018, 14:04

/ 1 882 dəfə oxundu.
ƏZİZ ƏZİZOV AĞACLARIN MƏHVİNƏ NİYƏ GÖZ YUMDU -VİDEO

Ulu öndərin gözəl kəlamı var. O deyirdi ki, bir yaşıl ağac kəsiləndə elə bilirəm ki, mənim sağ qolumu kəsirlər. İndi məmur-bisnesmen tayfası gözümüzün önündə ağacları məhv edirlər, İrad bildirəndə, etiraz edəndə vətəndaşlara deyirlər gedin hara istəyirsiniz şikayət edin, heç kimdən qorxmuruq.
Deyaz.az portalı ötən sayında «Elit City» MMC-nin Z.Xəlilov küçəsində apardığı tikinti işlərinə haqda məlumat vermişdi.Söhbət 53 saylı məktəbin düz qarşısındakı ərazidən gedir. Yasamal rayonu Z.Xəlilov və M.Şəhriyar küçələrinin sakinləri həyətlərində 16 mərtəbəli binanın tikilməsinə qarşı etirazları barədə də mətbuatda geniş məlumat yayılıb. 200-dən artıq sakinin imzası ilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, bir çox nazirlik və komitələrə şikayət ərizələri göndərilib. Sakinlər öz həyətlərində olan taxta evlərin yerində planlaşdırılan 16 mərtəbəli binanın tikilməsinə etiraz ediblər. Xeyri olmayıb.
Hazırda 53 saylı məktəbin qarşısındakı ərazi hasarlanıb. Burada salamat qalan 5 tut və 2 qovaq ağacının məhv ediklməsi üçün “Elit Citi” MMC-nin rəhbəri Şahin .Məmmədov tikinti şirkətinin direktoru Rəfayellə birlikdə Yaşıllaşdırma İdarəsinin müdiri Vaqif Novruzovla çıxış tapıblar. 7 ağacın köçürülməsi mümkün olmadığından 3000 min manat cərimə ilə yekunlaşdıracaqlar. Deməli Gədəbəydə adi fermer öz bağında olan bir ağacı kəsəndə ETSN 3000 cərimə edir. Və bütün mətbuata bu barədə pres-reliz göndərir. Yasamalda isə 7 ağaca cəmisi bu qədər cərimə tətbiq edilir.

ƏZİZ ƏZİZOV AĞACLARIN MƏHVİNƏ NİYƏ GÖZ YUMDU -VİDEO
ƏZİZ ƏZİZOV AĞACLARIN MƏHVİNƏ NİYƏ GÖZ YUMDU -VİDEO
ƏZİZ ƏZİZOV AĞACLARIN MƏHVİNƏ NİYƏ GÖZ YUMDU -VİDEO
ƏZİZ ƏZİZOV AĞACLARIN MƏHVİNƏ NİYƏ GÖZ YUMDU -VİDEO

Şərhlər

XƏBƏR LENTİ