SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » DSX-nin müstəntiqi vətəndaşı və ailə üzüvlərini təhdid edir SƏBƏB?

DSX-nin müstəntiqi vətəndaşı və ailə üzüvlərini təhdid edir SƏBƏB?

Tarix:

24-05-2018, 11:54

/ 2 558 dəfə oxundu.
DSX-nin müstəntiqi vətəndaşı və ailə üzüvlərini təhdid edir SƏBƏB?

Səbəb isə 11.700 manatın olduğu bildirilir.

Ötən yazılarımızda “Dövlət Sərhəd Xidmətinin əməkdaşına qarşı ŞOK İDDİA” başlıqlı məqalə dərc etmişdik. Nəzərinizə çatdıraq ki, tənqidi məqalə Gədəbəy rayonu Çobankənd kənd sakini Cəfərov Adil Yunis oğlu tərəfindən dosye.org-a ünvanlanan şikayət məktubuna əsasən hazırlanıb. Məqalə işıq üzü görməzdən öncə DSX-nin müstəntiqi Cavid Məmmədzadə ilə telefon əlaqəsi yaratdıq.
KİV qanunlarını rəhbər tutaraq məktubun məzmunu barədə müstəntiq C. Məmmədzadəyə məlumat verdik. Lakin qarşı tərəf bizi dinləmək əvəzinə Baş Prokurorluğla hədələdi. Bu gün A. Cəfərov redaksiyamızla yenidən əlaqə saxladı. Onun dediyinə görə, müstəntiq Cavid Məmmədov bütün vasitələrdən istifadə edərək yaxınlarını və ailə üzüvlərini təhdid edir. Belə ki, Adilin Sumqayıt şəhərində yaşayan baçısı (adı şərtdir) DSX-nə dəvət edilib. Bildirişin ünvana gəlmədiyi üçün günahsız və məlumatsız qadın haqda məcburi gətirilmə qərarı qəbul edilib. Polislərin evə gəlişindən bərk sarsıntı keçirən A. Cəfərovun baçısı müstəntiq ilə telefon əlaqəsi yaradıb və nə üçün məcburi gətirilməsini soruşub . Müstəntiq öz nöbəsində isə “kim olursan ol, mütləq gəlməlisən” deyə cavab verib.
Adil Cəfərov daha sonra iddia edir ki, 3300 manatdan əlavə 11.700 manat pul ödəməlidir. Əgər tələb olunan məbləğ ödənilməsə Cavid Məmmədzadə tərəfindən saxlanılacaq. Bu barədə ötən yazılarımızda məlumat vermişdik. Maraqlısı budur ki, istənilən şəxsə heç bir ailə üzüvü cavabdehlik daşımadığı halda nə üçün qadın idarəyə dəvət edilir?
Vətəndaşın daha sonra əlavə edir ki, onun günahsız olduğunu sübüt edəcək dəlillər və faktlar var. Məlum məsələ ilə bağlı Ramin və Burxana qanunsuz dərman alqı-satqısına görə açılan cinayət işində də günahsız olduğu ay kimi aydındır. Məlumat üçün bildirək ki, Cəfərov Adil Yunis oğlu üzün illər Ədliyyə Nazirliyində çalşıb və Qarabağ müharibəsi veteranıdır. Üzərimizə düşən vəzifədən istiadə edərək qeyd edirik ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev dövlətə və dövlətçiliyə sadiq generallardandır.
Bildirmək istəyirik ki, məsələ ilə əlaqədar vətəndaş A. Cəfərov dövlət qurumlarına rəsmi məktub ünvanlayıb. Biz öz növbəmizdə DSX-nin müstəntiqi Cavid Məmmədzadəyə Ulu Öndər Heydər Əliyevin kəlamını xatırladaq: “Dövlət iki halda sarsılır – Cinayətkar cəzasız qalanda, günahsız cəza alanda”.

Məqalədə adı hallanan şəxsin mövqeyini dərc etməyə hazırıq.

Araşdırmalarımız davam edir.

dosye.org

Şərhlər

XƏBƏR LENTİ