SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ADAU rektoru NƏ İŞƏ YARAYIR Kİ?.. - İDDİA

ADAU rektoru NƏ İŞƏ YARAYIR Kİ?.. - İDDİA

Tarix:

27-10-2021, 08:30

/ 522 dəfə oxundu.
ADAU rektoru NƏ İŞƏ YARAYIR Kİ?.. - İDDİA


Nəzərinizə çatdırırq ki, bu yaxınlarda aktualxeber.az saytında “Rektor təhsil qaydalarına qarşı” başlıqlı məqalə dərc etmişdik. Məqalədə qeyd etmişdik ki, rektorun dostu, Aqronomluq fakültəsinin 13 illik dekanı olmuş Məhərrəm İsmayılov bütün maxinasiyalarda fəal iştirak edir. Onu da qeyd edək ki, Məhərrəm İsmayılovu UNEC rektoru Ədalət Vəliyevin xahişi ilə Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalovun ona tapşırdığı üçün işdə saxladığını İbrahim Cəfərov daim öz yaxın ətrafına çəkinmədən deyir. Maraqlı burasıdır ki, hal-hazırda dekan vəzifəsini müvəqqəti icra edən Aynur Həsənova da onun öhdəsindən gələ bilmir. Belə ki, bu yaxınlarda qiyabiçilərin sessiyasından M. İsmayılov rektorun adıyla kütləvi pul yığıb. V kurslardan 26 nəfərdən cəmi 6-sı sessiyada iştirak etməsinə baxmayaraq verdikləri 600 manat rüşvətin müqabilində qiymət ala biliblər. Ümumiyyətlə isə ADAU üzrə qiyabiçilərin cəmi 20-25%-i dərslərdə iştirak etsə də sonda kəsiləni olmur. Səbəbini isə yuxarıda qeyd etdik.

Ötən yazımızda qeyd etmişdik ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli, 5/5 nömrəli qərarı ilə təsdiq edilmiş, Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydalarına əsasən dekan vəzifəsinə fakültədə kadr hazırlığı aparılan ixtisaslara uyğun, ən azı 5 il elmi-pedaqoji təcrübəyə və peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcəyə malik Azərbaycan Respublikası vətəndaşları, həmçinin xarici ölkə vətəndaşları iştirak edə bilərlər və eyni şəxs bir ali təhsil müəssisəsində dekan vəzifəsinə ardıcıl olaraq 2 dəfədən artıq seçilə bilməz. Dekanlıq müddətinin həmin qaydaya əsasən 5 il olduğunu nəzərə alsaq aydın olur ki, M. İsmayılov 3 ildir qanunsuz işləyir və üstəlik yenidən namizədliyini vermək istəyir. ADAU-da deyirlər ki, rektor Məhərrəm İsmayılovu yenidən saxta yolla dekan seçdirəcəkdir. Biz də gözləyək görək deyilənlər doğru çıxırmı və İbrahim Cəfərov nə vaxta kimi qanunları tapdayacaqdır.

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
//aktualxeber.az//

Şərhlər

XƏBƏR LENTİ