"Flaqman" MMC-nin rəhbəri jurnalistləri MTN-lə hədələyir
MTN kimi qurumun ləğv olduğunu bilən sahibkar təəcübləndi...
Ötən gün Abşeron rayonunda fəaliyyət göstərən “Flaqman” MMC-nin istehsal etdiyi kolbasalarla bağlı ictimayətə məlumat vermişdik.
Məlumat dosye.org saytında yayımlandıqdan sonra bir neçə vətəndaş redaksiyamızla əlaqə saxlayaraq “Flaqman” istehsalı olan kolbasalarla bağlı daha tutarlı faktlar diqqətimizə çatdırdı. Belə ki, sözügedən MMC-yə mənşəli bilinməyən ət məhsulları gecə saatlarında gətirilirmiş.
Məlumatda daha sonra vurğulanır ki, mənşəli bilinməyən ət məhsulları ən çox Quba, Qusar və Xaçmaz rayonlarından daşınır. Bundan sonra heç bir qurum tərəfindən yoxlanılmadan istehsal olunur. Lakin antisanitariyanın baş alıb getdiyi isə heç kimi maraqlandırmır. Məsələnin ciddiliyini nəzərə alıb “Flaqman” MMC-nin direktoru Vuqar Əmrullayev telefon əlaqəsi yaratdıq. Və məsələnin mahiyyəti barəsində direktora məlumat verdik.
Qarşı tərəf kimi münasibət bildirmək əvəzinə Vuqar Əmrullayev redaksiyamızı MTN-lə hədələdi. Hətta dosye.org saytın rəhbərliyini MTN-ə gətizdirəcəyini və orda şəxsən özü tənbeh edəcəyini belə çəkinmədən bildirdi. Bizdə öz növbəmizdə V. Əmrullayev MTN kimi qurumun artıq olmadığını və DTX-nin fəaliyyətini diqqətinə çatdırdıq. Görünür, Vuqar Əmrullayev MTN-lə iş birliyini hələdə unutmayıb.
“Flaqman” MMC-nin direktoruna xatırlatmaq istəyirik ki, sizin Akif Çovdarovunuz, Eldar Mahmudovunuz və digərləriniz dövlətimizə xəyanət etdiklərinə görə cəzalandırıldılar. Çox istərdik ki, hüquq mühafizə orqanları adı hallanan “Flaqman” MMC-nin və rəhbərliyinin fəaliyyətini dərindən araşdırsınlar. Bu barədə lazımı qurumlara rəsmi məktub ünvanlanacaq. Araşdırmalarımız davam edir. Bizi izləməyi unutmayın.
DOSYE.ORG

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək