XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Zarat postunda şoferlərdən rüşvəti belə yığırlar – Video

Zarat postunda şoferlərdən rüşvəti belə yığırlar – Video

Zarat postunda şoferlərdən rüşvəti belə yığırlar – Video
18-04-2018, 12:46

“Zarat postundan keçəndə hər yük maşını 10 manat verməsə, buraxmırlar”.

AzEuroNews.com xəbər verir ki, bu sözləri video çıxışında yük maşını sürücülərindən biri söyləyir.

O, iddia edir ki, Bakı-Quba yolu üstündə yerləşən Zarat Dövlət Yol Polisi Postunda sürücülərdən rüşvət alırlar.

Onun sözlərinə görə, DYP əməkdaşları bu işi mülki şəxsin əli ilə görürlər: “Özləri yaxınlaşmırlar, yanlarında mülki şəxs saxlayırlar. Həmin adam yaxınlaşır. İndi baxın, yaxınlaşacaq”.

Video kadrlardan eşidilir ki, bir nəfər “KamAz” şoferini saxladır, ondan postdan keçməyə görə 10 manat tələb edir. Onların arasındakı dialoqu təqdim edirik:

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.