XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin otaqlarında nələr baş verir? – Az sonra video kadrları izləyəcəksiniz

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin otaqlarında nələr baş verir? – Az sonra video kadrları izləyəcəksiniz

Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin otaqlarında nələr baş verir? – Az sonra video kadrları izləyəcəksiniz
9-04-2018, 15:39

Hər halda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov da məlum otaqların “pul maşını”na çevrilməsində maraqlı ola bilməz

Bakı şəhər Dövlət Yol Polisi ilə bağlı redaksiyamıza şok informasiyalar daxil olub Belə ki, vətəndaşların həvəskar telefon çəkilişi apardığı videogörüntülərdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yüksək rübəli əməkdaşlarının rüşvət alması səhnəsi öz əksini tapıb. Videogörüntüləri yaymazdan əvvəl onu qeyd edək ki, videoçəkiliş Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin otaqlarında aparılıb. Vətəndaşı haqsız yerə saxlayan yol polisi əməkdaşları onun maşınını cərmiə meydançasına aparıblar, özünü isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət ediblər. Sürücü həmin otağa yaxınlaşıb, xeyli hədə və təhqirlərə məruz qaldıqdan sonra 800 manat pul ödəməsini tələb ediblər. Əsas gətiriblər ki, sürücü guya sərxoş halda maşın idarə edib. Halbuki vətəndaş özü həkim müayinəsindən keçib və bədənində heç bir spirtli içki tərkibi müəyyən edilməyib. Sürücü öz günahsızlığını sübut edə bilməyib və pulu vermək məcburiyyətində qalıb. Bundan başqa başqa bir vətəndaşın yaşadığı evin qarşısından maşınını oğurlayaraq cərimə meydançasına aparıblar. Daha sonra onu da otağa dəvət ediblər. Təfərrüatı ilə yazmırıq, yaxın saatlarda həmin videogörüntüləri saytımızdan izləyə biləcəksiniz...
Maraqlıdır ki, Daxili İşlər Naziri Ramil Usubovun polisin müsbət imiciin formalaşması istiqamətind atdığı bütün addımlara kölgə salmaq istəyən bu cür şəxslər bu cəsarəti hardan alırlar? Hər halda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov da məlum otaqların “pul maşını”na çevrilməsində maraqlı ola bilməz. İnanırıq ki, videogörüntülərdən sonra lazımı tədbirlər həyata keçiriləcəkdir.

Bolgexeber.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.