XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Qudası PA işləyən 67 yaşlı əzazil müəllimə məktəbdə rüşvətxorluğa qarşı çıxan valideyni döydürdü

Qudası PA işləyən 67 yaşlı əzazil müəllimə məktəbdə rüşvətxorluğa qarşı çıxan valideyni döydürdü

Qudası PA işləyən 67 yaşlı əzazil müəllimə məktəbdə rüşvətxorluğa qarşı çıxan valideyni döydürdü
12-04-2018, 01:39


Baş səhifə Manşet
Manşet
Qudası PA işləyən 67 yaşlı əzazil müəllimə məktəbdə rüşvətxorluğa qarşı çıxan valideyni döydürdü
Tərəfindən realmedia - 12 Aprel 2018025


Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Hüseyn Məmmədov küçəsi ev 7, mənzil 16 ünvanda yaşayan Heydərova Samirə Nəriman qızı tərəfindən RealMedia.az-ın redaksiyasına müracət edərək bildirir ki, 8 noyabr 2016-cı il tarixdə o vaxt birinci sinif şagirdi olan qızı Heydərli Nihal Elşad qızı oxuduğu 106 saylı məktəbin müəlliməsi Tünzalə Qasımova tərəfindən baş nahiyəsindən vurularaq xəsarət almışdır: “Buna səbəb isə övladımın Müəllimlər Günü yığılan pula qoşulmaması olmuşur. Qızımın təhsil aldığı məktəbin direktoru Təranə Qasımova da pul yığılmasını məhkəmə zalında etiraf etmişdir”. S. Heydərova həmçinin bildirir ki, aralarında baş verən mübahisənin təfərrüatlarının təsdiqi kimi xidmət edəcək sübutları məhv etmək üçün uşaqdöyən müəllimə arxasınca Rəhimli Məhəmməd Səfər oğlunu (Nihalın sinif yoldaşının atası) yollayıb məktəbin giriş qapısının qarşısında onu döydürüb. Nəticədə ağır bədən xəsarəti alıb, telefonu sındırılıb. Həmçinin, Tünzalə müəllimə ilə məktəbin dəhlizində mübahisə etdiyi zaman oğlu Rufan və polislər tərəfindən təzyiqə məruz qalıb. Həmin vaxt üstündə olan qızıl zinət əşyası-sırğaları itmişdir.

Şikayətçi yazır ki, bunca maddi və mənəvi ziyana düşməsinə baxmayaraq, qanunun aliliyini təmin etməli olan orqanar onun hüquqlarını tanımaq istəmirlər. Odur ki, redaksiyadan problemin ictimailəşdirilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, polisə şikayət edərkən, polisin iştirakı ilə tibbi ekspertizadan keçib. Lakin, nədənsə ekspertiza onun aldığı xəsarətin dərəcəsini düzgün müəyyənləşdirməyib. Məhəmməd Rəhimli də polis tərəfindən təhrik edilərək Qaradağ rayon tibbi ekspertiza şöbəsindən deyil, “Respublikanski” xəstəxanasından keçirilib, nəticə belə alınmışdır ki, guya insident iştirakçılarının hər ikisi xəsarət alaraq qarşılıqlı şikayət vermişlər. S.Heydərovanın ərizəyə qoşma etdiyi materiallardan görünür ki, 06 fevral 2017-ci il tarixdə cinayət işinin istintaqı Qaradağ rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin (İŞ) sabiq baş müstəntiqi Nicat Əliyevə, daha sonra Şöhrət İmanova həvalə olunduğundan icraatına qəbul edilərək istintaqı aparılmış və 01 mart 2017-ci il tarixdə tərəfindən cinayət təqibi üzrə icraat dayandırılmışdır. Ş.İmanov iş yerini dəyişdiyindən icraatı dayandırılmış cinayət işi RPİ-nin İŞ-nin müstəntiqi Vəli Orucova həvalə olunmuşdur. 19 sentyabr 2017-ci il tarixdə cinayət işi üzrə icraat V. Orucov tərəfindən təzələnərək istintaqı davam etdirilmişdir. Yenə həmin müstəntiq ərəfindən cinayət işinin istintaqı 23 sentyabr 2017-ci il tarixdə dayandırılmış, 14 dekabr 2017-ci il tarixdə təzələnərək davam etdirilmişdir.

İş materiallarından görünür ki, S.Heydərovanın Tünzalə müəlliməyə irad tutması digər valideyn M. Rəhimlinin xoşuna gəlməmiş, aralarında əvvəlcə sözlü mübahisə yaranmış, birinci öz iradlarını 17 yanvar 2017-ci il tarixdə məktəbin direktoru Təranə Qasımovaya bldirib aralanandan sonra M. Rəhimli onu təqib etmişdir. M. Rəhimli öz ifadəsində göstərib ki, S.Heydərova tez-tez sinifə uşağına baş çəkməyə gəlib dərs prosesini pozurmuş. Bununla bağlı iradı eşitcək həm Məhəmmədi, həm də özü-özünü döyüb. Yəni, məqsədi onu şərləmək imiş. Məhəmmədgil hətta insidenti onlara sərf edən formada təsdiqləyən iki “hal şahidi” də tapmışlar. Ekspertiza Samirənin aldığı xəsarətləri (burun kökünün sıyrığı, sol gözaltı qançır, sol almacıq nahiyəsində bir-birinə paralel səthi sıyrıqlar, sol bazunun yuxarı 1/3-nin arxa-yan səthinin, sol saidin 1/3-nin arxa səthinin, sağ əlin 4-cü barmağının 1-ci falanqasının arxa səthinin, döş qəfəsinin sol yarısının, sol budun yuxarı 1/3-nin bayır səthinin qançırları) “sağlamlığa zərər vurmayan xəsarətlər” kateqoriyasına aid edib onlara dərəcə təyin etməmişdir. Sadalanan xəsarətlər adətən məhz döyülmə nəticəsində alınır. O da bəllidir ki, adam başqasına, daha konkret desək, qadın kişiyə döşü ilə zərbə vura bilməz. M.Rəhimlinin “xəsarətlərini” isə məhkəmə tibb ekspertizası “sağlamlığa yüngül zərər vuran xəsarətlər” kateqoriyasına aid etmişdir. Polis hadisənin baş vermə təşəbbüsünün məhz S.Heydərovadan gəldiyini “müəyyən etmişdir”. Müstəntiq cinayət işinin icraatına xitam verən qərarında həmçinin göstərir ki, guya tərəflər barışıq ərizəsi yazıblar.

Lakin S. Heydərova onu döyən şəxslə barışmayıb. Bldirir ki, M. Rəhimli tərəfindən döyülməsinin sübutu kimi xidmət edəcək səs yazısının qeydə alındığı CD diskini baş müstəntiq Şöhrət İmanov yoxa çıxarıb. Müraciət etdiyi məhkəmə hakimi Rəşad bəy isə məktəb direktorunun şagirdlərdən pul yığılması barədə etirafını məhkəmə iclasının protokoluna salınmasını təmin etməyib. Samirə xanımın müraciət etdiyi bütün digər instansiyalar da “ötür-ötür” oynayaraq materialı “aidiyyatı üzrə başlarından ediblər”. S.Heydərovanın fikrincə, 67 yaşlı Tünzalə müəllimənin yaş senzinə məruz qalmadan vəzifədə qalmasına və onu bütün digər çəkişmələrdən qalib çıxran səbəb Prezident Administrasiyasının mənsubu İsmayıl Yaqubovla quda olmasıdır. Müəllimə Tünzalə Qasımova da S. Heydərovaya qarşı Naxçıvan MR-nın Culfa rayon məhkəməsində maddi və mənəvi zərərə görə pul tələbi ortaya qoymuşdur. İş apellyasiya və Naxçıvan MR Ali Məhkəməsi müstəvisinə qədər uzanmışdır. Maddi və mənəvi zərərə uğrayan S.Heydərova nəhayətdə özü Qaradağ rayon məhkəməsinin 30 noyabr 2016-cı il tarixli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilərək 100 manat məbləğində cəcərimə edilmişdir.

Əgər doğrudan da S.Heydərova M. Rəhimlii döyüb sağlamlığına yüngül də olsa xəsarət yetirmiş olsaydı, onun əməli xuliqanlıq kimi tövsif olunmalıydı. Çünki ən azından iki nəfər hal şahidinin olması o deməkdir ki, Samirənin hərəkəti ictimai təhlükə daşıyıb. Axı iki nəfər özü də ictimaiyyət deməkdir. Əcəba, hüquq-mühafizə, cinayət təqibi orqanları nədən ona qarşı bunca “humanist” davranıblar? Bütün hallarda bu məsələdə ən çox zərər çəkən valideyni tələb olunan pulu vermədiyinə görə şagird yoldaşları qarşısında alçaldılan, təhqir edilən, fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ pozulan Nihal baladır. Dövlət bu hüququ təmin etmək üçün iqtisadi, sosial – hüquqi və digər tədbirləri görməyi, sağlam və yəhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürüb. Müəllimə uşaqlara öz davaranışı ilə nümunə göstərmək və tərbiyə etmək əvəzinə özü qanun pozuntusuna yol verir, məktəb direktoru isə rüşvət yığdığını etiraf edir.

Birmənalıdır ki, bu məsələ “beş-on adamın ədavəti” deyil, rüşvətxor təhsil sisteminə qarşı çıxmış bir valideynin qərəzlə uduzdurulmasıdır.

RealMedia.azQudası PA işləyən 67 yaşlı əzazil müəllimə məktəbdə rüşvətxorluğa qarşı çıxan valideyni döydürdü
Qudası PA işləyən 67 yaşlı əzazil müəllimə məktəbdə rüşvətxorluğa qarşı çıxan valideyni döydürdü

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.