Sumqayıtda 7-ci sinif şagirdi döyülüb – “Direktor dedi olub-olub, sonra nə sözünüz var?” - FOTO
Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 saylı orta məktəbdə insident baş verib. Nəticədə 7-ci sinif şagirdi Məmmədov Hidayət Cavid oğlu məktəb yoldaşları tərəfindən döyülərək ağır bədən xəsarətləri alıb.
Bu barədə “AzPolitika.info”-ya şagirdin yaxın qohumları məlumat verib. Məlumatda bildirilir ki, Hidayət Məmmədov 7 saylı orta məktəbə fevralın 21-də Sumqayıt şəhəri 32 saylı liseydən köçürülüb. Amma məktəbə gəldiyi ilk gündən ona qarşı təzyiqlər başlayıb. Ötən həftənin şənbə günü isə məktəb uşaqlarından 5-6 nəfəri ona hücum edərək vəhşicəsinə döyüblər. Nəticədə Hidayət ciddi xəsarət alıb, başına 5 tikiş qoyulub.
Sumqayıtda 7-ci sinif şagirdi döyülüb – “Direktor dedi olub-olub, sonra nə sözünüz var?” - FOTO
Şagirdin əmisi Abbas məktəbin direktoru Təranə Haqverdiyevaya zəng etdiyini deyir: “Direktor hadisəni təsdiqlədi və əlavə etdi ki, “olub-olub, sonra nə sözünüz var? Dedim ki, Təhsil Nazirliyinin “Qaynar xətti”nə müraciət edəcəyik. Təranə xanım isə dedi ki, “gedin, kimə istəyirsiniz şikayət edin. Mənə heç kim, heç nə edə bilməz, gedin işinizlə məşğul olun”.
Şikayətçi bildirir ki, Hidayəti döyən uşaqlardan birinin valideyni direktorla həmyerlidir və məktəbdə müəllimə işləyir.
Hadisə ilə bağlı DİN-in 102 “Qaynar xətti”nə müraciət edilib, həmçinin 1 saylı polis bölməsində Hidayət Məmmədovdan izahat alınıb. Bu gün isə şagird ekspertizadan keçiriləcək. XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?