275 saylı məktəbdə nə baş verir? - Nazirlik işə qarışdı
“Bakı şəhəri 275 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Qasımova Şölə Qasım qızı ilə bağlanmış əmək müqaviləsi məktəbin Həmkarlar İttifaqı Komitəsinin müvafiq qərarına uyğun olaraq, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə 08.02.2018-ci il tarixli 22 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 09.02.2018-ci il tarixdən ləğv edilib”.
Bunu BiG.AZ-a açıqlamasında Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov deyib.
Bəşarət Məmmədov qeyd edib ki, əgər insan işdən çıxarılıbsa bunun bir səbəbi var: “İşdən çıxarılma səbəbini də insanın özü bilir. İnsan sanki şantajla nəyəsə nail olmağa çalışır. Əgər işdən çıxarılmasını haqsız bilirsə məhkəməyə müraciət etsin. Məhkəmədə olan məsələnin mətbuata çıxarılmasının özü bir təzyiqdir. Heç bir yaxşı işçi əsasız olaraq işdən çıxarılmır. Çünki təhsil sisteminin özü yaxşı işçinin marağındadır”.
Qeyd edək ki, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" massivi, bina 62, mənzil 7-də yaşayan Qasımova Şölə Qasım qızı 275 nömrəli tam orta məktəbin direktorundan şikayətçidir. Bununla bağlı redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Şölə Qasımova bildirib ki, sözügedən məktəbin direktoru Fəridə Şərifova onu heç bir əsası olmadan işdən çıxarıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək