SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Savadlılıq səviyyəsi 100 faizə yaxınlaşıb” - Əliyev

“Savadlılıq səviyyəsi 100 faizə yaxınlaşıb” - Əliyev

Tarix:

5-04-2018, 13:55

/ 3 315 dəfə oxundu.
“Savadlılıq səviyyəsi 100 faizə yaxınlaşıb” - Əliyev

Xəbər verdiyimiz kimi bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının açılış mərasimi keçirilib.

Prezident İlham Əliyev açılış mərasimində nitq söyləyib.

Azərbaycanın sürətlə inkişaf etdiyini, özünü təmin edən ölkəyə çevrildiyini deyən dövlət başçısı son 15 ildə ümumi daxili məhsulun 3,2 dəfə artdığını, insan kapitalına sərmayələr qoyulduğunu, savadlılıq səviyyəsinin 100 faizə yaxınlaşdığını, son illərdə 3 mindən çox məktəbin, 600-dən çox tibb müəssisəsinin tikildiyini bildirib. Prezident qeyd edib ki, son 15 ildə işsizliyin və yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşüb, iqtisadi uğurlarımız beynəlxalq maliyyə institutları tərəfindən qeyd edilib.

Qeyd edək ki, konfransın sonunda nazirlər konfransına sədr seçkisi keçirilib.

Səsvermə nəticəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov konfransa sədr seçilib.

Şərhlər

XƏBƏR LENTİ