SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır”

"Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır”

Tarix:

11-02-2021, 14:45

/ 747 dəfə oxundu.
"Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır”

"Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır”.

Bunu Birinci vitse-prezident Mehriban Əliyeva ICESCO tərəfindən elan olunan “Qadınlar ili” çərçivəsində “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə videokonfrans formatında keçirilən tədbirdə deyib.

O bildirib ki, qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54 faizini, fəlsəfə doktorlarının 51 faizini, elmlər doktoru dərəcəsinə malik olanların 46 faizini və elmi tədqiqatçıların 56 faizini təşkil edir: “Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizi qadınlardan ibarətdir.

Bununla yanaşı, sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara müvafiq olmalıdır. Dünyada elm, texnologiya, mühəndislik və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır”.

Şərhlər

XƏBƏR LENTİ