XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Şimşək çaxacaq, yağış, dolu və qar yağacaq – XƏBƏRDARLIQ

Şimşək çaxacaq, yağış, dolu və qar yağacaq – XƏBƏRDARLIQ

Şimşək çaxacaq, yağış, dolu və qar yağacaq – XƏBƏRDARLIQ
2-04-2018, 13:51

Aprelin 3-ü günün ikinci yarısı qərb rayonlarından başlayaraq, aprelin 5-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.