SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Novruz bayramını küçələrdə keçirməli olduq" - Bayıra atılan 27 köçkün ailəsindən müraciət...

"Novruz bayramını küçələrdə keçirməli olduq" - Bayıra atılan 27 köçkün ailəsindən müraciət...

Tarix:

16-03-2018, 10:16

/ 936 dəfə oxundu.
"Novruz bayramını küçələrdə keçirməli olduq" - Bayıra atılan 27 köçkün ailəsindən müraciət...

“Heç bir əsas olmadan 27 məcburi köçkün ailəsinin guya bu yataqxanada yaşamadığını iddia edərək bizləri Novruz bayramı, seçkilər ərəfəsində bayıra atırlar...”
Xəbər verdiyimiz kimi, Bakı şəhəri Nizami rayonu, Babək prospekti, 87 ünvanında yerləşən 1 saylı yataqxanada məskunlaşmış 30-a yaxın məcburi köçkün və təxminən 10 yerli ailə bu yağışlı, küləkli, sazaqlı qış günlərini bayırda keçirmək, Azərbaycanın ən müqəddəs milli bayramlarından olan Novruzu küçədə-bayırda qarşılamaq təhlükəsi llə üzləşib.
Moderator.az -ın elektron poçtuna sözügedən yataqxanada yaşayan məcburi köçkünlərdən 25 nəfərinin imzaladığı və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciəti daxil olub.

Müraciətdə deyilir:

“Cənab Prezident! Biz, bir qrup məcburi köçkün 1993-cü ildən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 87 ünvanında yerləşən yataqxanada məskunlaşmışıq. Orada da qeydiyyatdayıq. Hər bir məcburi köçkün ailəsi bir otaqlı mənzildə 4-5 nəfərlik üzvləri ilə yerləşib. 25 ildir ki, dözülməz şəraitdə yaşayırıq.
Cənab prezident, illər keçdikcə çoxdan tikilmiş yataqxana binasının istismar vaxtı bitmiş və yararsız hala düşmüşdür. Belə bir vaxtda yataqxananın lap yaxınlığında “Yusif inşaat” MMC adlı tikinti şirkəti hündürmərtəbəli yaşayış binası tikməyə başladı. İri tutumlu yük maşınları məktəb yolunu kəsir, kiçik yaşlı məktəblilərin həyatına təhlükə yaradırdı. Bundan qorxuya düşən sakinlər aidiyyatı təşkilatlara şikayət etməyə başladı. Uzun müddətli şikayətlərdən sonra müvafiq orqanlar sakinlərin köçürülməsini qərara aldılar. Sonra Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin əməkdaşları xəbərdarlıq etmədən binaya gələrək əvvəlcə şifahi şəkildə mənzillərə baxış keçirdilər. Sonra sənədlər əsasında sakinləri siyahıya aldılar. Amma heç bir əsas gətirmədən biz 27 məcburi köçkün ailəsini, sənədləri yerində olsa da, qeydiyyata almadılar. Bizlərin guya bu binada yaşamadığını iddia edərək müxtəlif bəhanələr gətirdilər. Hazırda bizi heç bir yaşayış yeri ilə təmin etmək istəmirlər.
Əziz Prezidentimiz, 25 il səbirlə binada ağır vəziyyətdə yaşayan məcburi köçkünlər öz doğma vətənində 2-ci dəfəmi köçkünlük həyatı yaşamalıdır ? Əlbəttə, bu, yolverilməzdir.
Cənab Prezident, Siz ümummilli liderimiz Heydər Əliyevin ən layiqli davamçısısınız. Həmişə məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmağa çalışmısınız. Bunun nəticəsidir ki, çöllərə səpələnmiş və çadırlarda yaşayan on minlərlə köçkün ailəsi evlə təmin edildi. İndi bir dənə də olsun, çadır şəhərciyi yoxdur. Biz buna sevinirdik və nə vaxtsa bizim də gözəl mənzilimizin olacağına əmin idik.
Əziz Prezidentimiz, biz tezliklə köçürüləcəyimizi eşidəndə çox sevindik. Sevindik ki, təzə mənzilimizdən hamılıqla seçkilərə gedəcək, xalqımızın qeyrətli oğlu, Heydər Əliyev məktəbini əyani şəkildə öyrənən və öyrədən İlham Əliyevə səs verəcəyik. Biz yenə də fərəh hissi keçiririk ki, Prezidentimizi yenidən seçirik və hamımız seçkilərə gedəcəyik. Amma bir tərəfdən də məyus olduq ki, 27 məcburi köçkün ailəsinə belə bir gündə heç nə çatmadı. Novruz bayramını küçələrdə keçirməli olduq. Bir qrup məmurun öz işlərinə məsulliyyətsiz yanaşması ucbatından bayramımız qara gəldi.
Çox hörmətli cənab İlham Əliyev, biz əminik ki, köçkün sakinlərin haqq səsini eşidəcək, həmişəki kimi humanist addımlar atacaq, humanist qərarlar verəcəksiniz. Seçkiqabağı bizi sevindirəcək, bizə mənzillər hədiyyə edəcəksiniz. Biz bu şad xəbəri çox səbirsizliklə və tezliklə gözləyirik. Allah Sizi qorusun!

Hörmətlə:

1. Məmmədova Xuraman Surxay qızı – AZE № 03705174
2. Məmmədova Radə Çərkəz qızı – AZE № 14747139
3. Əbilov Nazim Əli oğlu – AZE № 03307853
4. Əbilov Nail Nazim oğlu – AZE № 16554992
5. Nəsibova Reyhan Mehdi qızı – AZE № 15074516
6. Nəsibova Kifayət Mehdi qızı – AZE № 08227425
7. Tağıyeva Könül Rustaveli qızı – AZE № 16242440
8. Tağıyeva ilkin Rustaveli oğlu – AZE № 14097025
9. Əliyeva Aybəniz Şahalı qızı – AZE № 09688530
10. Novruzova Nigar Həsən qızı – AZE № 01230854
11. Abbasova Esmira Vahid qızı – AZE № 07722667
12. Əliyev Pərviz Mətləb oğlu – AZE № 06874382
13. Sadıqova Sona Səhliyalı qızı – AZE № 01229426
14. Cəfərova Xəzəngül Həsən qızı – AZE № 16648977
15. Əliyev Zahid Əsəd oğlu – AZE № 03009664
16. Zeynalova Tamam Balay qızı – AZE № 07798044
17. İsayev Elxan Seyfəddin oğlu – AZE № 08595434
18. Talıbova Fatma Cavad qızı – AZE № 145491143
19. İsayev Ceyhun Rafiq oğlu – AZE № 13434813
20. Əliyev Firad Səfəralı oğlu – AZE № 09458606
21. Məmmədova Şəhla Əziz qızı – AZE № 08941390
22. Quluyev Oruc Bəhmən oğlu – AZE № 08941233
23. Cəfərova Lyüdmıla Həsən qızı – AZE № 17588555
24. Quliyev Asəf İbiş oğlu – AZE № 13872079
25. İsmayılova Şəran Hüseyn qızı – AZE № 04146947”

Şərhlər

XƏBƏR LENTİ