XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Qubadlıdan olan bir qrup məcburi köçkün prezidentə müraciət etdi -VİDEO

Qubadlıdan olan bir qrup məcburi köçkün prezidentə müraciət etdi -VİDEO

Qubadlıdan olan bir qrup məcburi köçkün prezidentə müraciət etdi -VİDEO
4-12-2017, 09:43

Azərbaycan Respublikasının Prezidenti, Zati aliləri cənab İlham Əliyevə

Sumqayıt şəhər 20/21-ci mkr ərazisində ev 777-də məskunlaşan məcburi köçkün ailələri Cümşüdov Yadulla Fətulla oğlu, Cümşüdova Şəkər Əyyub qızı, Ələkbərova Mələknisə Həmid qızı , Cümşüdov Vüqar Fətulla oğlu, Cümşüdov Bəhlul Fətulla oğlu və 40-a yaxın məcburi köçkün tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli cənab Prezident,
Məcburiyyət qarşısında qalıb Sizə təcili olaraq son ümidimiz kimi müraciət edirik.
1993-cü ildən Qubadlı rayonundan 40-a yaxın məcburi köçkün olaraq Sumqayıt şəhəri 20/21-ci mikrorayon ev 777-də məskunlaşmışıq. Bir qrup dələduz məmurlar, eyni zamanda Sumqayitda qanunsuz torpaq alveri ilə məşğul olan Elvin və Elçin Əhmədov qardaşları və onhavadarlıq edən Ədliyyə Nazirliyinin yuxarı vəzifəli şəxsləri, birbaşa Sumqayıt İcra İdarəsinin rəisi Fuad Nəbiyev “cənablarının” təşkilatçılığı və himayəsi ilə vəzifə səlahiyyətlərini aşaraq, ondan sui-istifadə edərək, erməni işğalçılarının etdiyi əməlləri təkrarlayaraq 2-ci dəfə biz məzburi köçkünləri (müharibə vetereanlarını) öz torpaqlarımızdan, evimizdən çıxarırlar.
Bizim üçün həmişə dahi rəhbər olan Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.
Cənab Prezident,
Sizdən xahiş edirik ki, haqqımızda keçirilən silsilə məhkəmələrin qanunsuz və ədalətsiz qətnamələrinin icrasının dayandırılmasını, prosesə Sizin nəzarətinizlə yenidən araşdılmasına, Ali Məhkəmənin Plenumuna verdiyimiz şikayət məktubunun icrata qəbul olunmasına və dövlətimizin bu gərgin dönəmində bizim üçün süni şəkildə yaranmış problemimizin ədalətlə həll olunmasına köməklik göstərəsiniz
Hörmətlə: Cümşüdov Yadulla Fətulla oğlu
və 40-a yaxın məcburi köçkün
050 349 54 46
050 751 80 85

xalqxeber.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.