51 yaşlı qadını əri və ögey övladları döyə-döyə öldürüb?
Lənkəranda 51 yaşlı qadının müəmmalı səbəbdən ölməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Rayonun Rvo kənd sakini, 1967-ci il təvəllüdlü Qafarova Mahirə Vəli qızının meyitinin ilkin müayinəsi zamanı onun üzərində çox ciddi xəsarətlər aşkarlanmayıb. Ölümün dəqiq səbəbini müəyyən etmək üçün daxili orqanlardan nümunələr götürülüb.
Bildirilir ki, 51 yaşlı Mahirə Qafarova bir neçə il əvvəl Lerik rayonundan olan şəxsə ərə gedib və övladı olmayıb. M.Qafarova həmin kişinin ikinci həyat yoldaşı imiş və ailələrində vaxtaşırı söz-söhbət olurmuş.
Vəfat edən qadının yaxınları bildiriblər ki, M.Qafarovanı həyat yoldaşı və onun birinci arvadından olan övladları ölümcül döyərək, Lənkərana, ata evinə göndərib.
Qeyd edək ki, M.Qafarova xəstəxanaya gətirilərkən əvvəlcə onun yıxıldığı deyilib. Lakin sonradan onun döyüldüyü üzə çıxıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...