“Məktəblərdə test keçirmək adı ilə pul yığılır”. Bunu “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri, ictimai xadim Jalə Cəfərova facebook səhifəsində məlumat verib. J.Cəfərova valideynlərdən pul yığılmasında Təhsil Nazirliyini suçlayır: “Hamımız bilirik ki, Təhsil Nazirliyinin icazəsi olmadan məktəbə daxil olub, bir müəllimə, bir şagirdə yaxınlaşıb sual ünvanlaya bilməzsən. O ki qala hansısa təşkilat gəlib, icazəsiz tədbir keçirə. Müəyyən səbəblərdən məktəblərin ünvanını deyə bilməsəm də altı məktəbdə “TTM” deyilən bir özəl şirkətin özbaşnalığından hiddətə gəlməmək mümkün deyil. Rusdili bölmənin 4-cü siniflərində test keçirilir”.
“Deyəcəksiniz nə olsun? O olsun ki, məktəb direktorları da təkidlə valideynlərdən tələb edirlər. Bəli, tələb edirlər ki, uşaqlarınızı test imtahanına gətirməyə də bilərsiniz, ancaq qeydiyyatdan keçirib beş manatı ödəməlisiniz, yoxsa, uşaq dərsə buraxılmayacaq”, – deyə J. Cəfərova bildirir. Təhsil Nazirliyindən isə bu iddialara cavab verilməyib. TTM-in kecirdiyi imtahanla bağlı bildirişi təqdim edirik: