XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » 217 nömrəli məktəbin direktoru ittiham edilir (ŞİKAYƏT)

217 nömrəli məktəbin direktoru ittiham edilir (ŞİKAYƏT)

217 nömrəli məktəbin direktoru ittiham edilir (ŞİKAYƏT)
6-02-2018, 11:21

Binəqədi rayon Sulutəpə qəsəbəsində yerləşən E.Sultanov adına 217 nömrəli orta məktəbdə açıq- aşkar alver gedir.

Bununla bağlı şikayət edən valideynlər bildirirlər ki, məktəbdə uşaqlardan fond pulu, süpurgə pulu, müxtəlif test kitabçalarının satılması adı altında hər həftə pul yığılır. Valideynlərin şikayətinə baxmayaraq direktor Bənövşə Cəfərova heç bir tədbir görmür. Çünki müəllimlər uşaqlardan yığılan pulları direktorun adından yığırlar. Birinci sinifdə şagirdlərin savadlı müəllimlərin sinfinə düşməsindən tutmuş, repititor yanına gedən yuxarı sinif şagirdlərindən dərsə gəlməmək müqabilində pul alınır.
Həmçinin 217 nömrəli məktəbdə uşaqlar üçün vinetkalar hazırlanmasıadı altında böyük pullar yeyilir. Birinci siniflərdən “vinetka”ların hazırlanması məqsədi ilə 35-50 manat arasında pul alınır. Hər ay süpurgə pulu 5 manat, ən ucuz test və iş dəftərləri 5 manatdan uşaqlara verilir. Bununla belə məktəbdə tədrisin keyfiyyəti çox aşağıdır. Müəllim yanına getməyən şagirdlərin elementar anlayışları belə bilmir.Əsasən ibtidai sinif müəllimləri pul yığmaq məsələsində çox fəallıq edirlər. Özlərinin ad günü, 8 mart və müəllimlər günü adı altında şagirdlərdən pul yığılır.
Valideynlərin sözlərinə görə, Sulutəpə qəsəbəsindəki 313 saylı məktəbdə vəziyyət Bənövşə Cəfərovanın direktoru olduğu məktəbdən kəskin fərqlənir. Bu məktəbdə şagirdlər demək olar pul yığılmır. Valideynlər 313 saylı məktəbdən razılıq edirlər. Bu səbəbdən əksər valideynlər 217 nömrəli məktəbdən uşaqlarını çıxardaraq 313 saylı məktəbə qoyurlar.
Qeyd edək ki, 217 nömrəli orta məktəbin direktoru Bənövşə Cəfərova Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayevin həyat yoldaşıdır.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

AzFakt.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.