SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müəllimlərin sertifikasiyasının test mərhələsinə BAŞLANILIR

Müəllimlərin sertifikasiyasının test mərhələsinə BAŞLANILIR

Tarix:

30-07-2022, 10:44

/ 415 dəfə oxundu.
Müəllimlərin sertifikasiyasının test mərhələsinə BAŞLANILIR

 
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı məlumat açıqlanıb.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən  bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib.

"Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər" - deyə məlumatda bildirilib.

Qeyd edək ki, ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq. Növbəti mərhələdə isə buraxılış fənn müəllimlərinin sertifikatlaşdırılmasına başlanılacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ