SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əbülfəs Qarayevin adından üç aydır 211 məktəbdə pul yığırlar – Video

Əbülfəs Qarayevin adından üç aydır 211 məktəbdə pul yığırlar – Video

Tarix:

26-01-2018, 10:36

/ 1 510 dəfə oxundu.
Əbülfəs Qarayevin adından üç aydır 211 məktəbdə pul yığırlar – Video

Mədəniyyət və Turizm Nazirliyi adından Bakıda bütün musiqi məktəblərindən pul yığılır.
Bu barədə keçmiş deputat Nazim Məmmədov (Bəydərmirli) Feysbuk səhvəsində xəbər yayıb.
Onun sözlərinə görə, musiqi məktəblərinin direktorları müəllimlərin maaşından 3-cü aydır ki, qanunsuz pul tuturlar. Adını da qoyublar ki, “büdcədə pul yoxdur”, nazirin tapşırığıdır.
Nazir Əbülfəs Qarayevin adından yol verilən bu özbaşınalıq ciddi narazılıq doğurub. Müəllimlər əsassız yerə onlardan pul istənilməsindən cana doyublar.
Onlar sual edirlər ki, büdcəni doldurmaq müəllimlərin boynuna niyə biçilib. Məktəb direktorları Ə.Qarayevin adından sui-istifadə edə də bilərlər.
Ölkədə iqtisadi vəziyyətin çətinləşdiyi və müəllimlərin onsuz da maaşının aşağı olduğu vaxtda, üstəlik seçki ilində təhsil işçilərini dövlətdən narazı salmaq təxribatdır.
hazırda Mədəniyyət və Turizm Nazirliyi sistemində 211 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi fəaliyyət göstərir.
Bu məktəblərdə fortepiano, xalq çalğı alətləri, simli, nəfəsli və zərb alətləri, xanəndəlik, vokal, rəssamlıq, xoreoqrafiya və digər ixtisaslar üzrə tədris aparılır. Məktəblərdə 15500 nəfərdən çox müəllim çalışır.
Mədəniyyət və Turizm Nazirliyi o cümlədən Bakı Şəhər Mədəniyyət və Turzim Baş İdarəsində bir çox xoşagəlməz və qeyri-qanuni halları müşahidə etmək olar.
Sonuncu əldə edilən məlumatda qeyd edilir ki, Bakı şəhərində fəaliyyət göstərən musiqi məktəblərində müəllimlərin əmək haqqı əsassız şəkildə bir hissəsi ödənilməyib.
Yeni il hədiyyəsi olaraq, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi tabeçiliyində olan bütün məktəblərdə müəllimlərin maaşını demək olar yarı hissəsi kəsilib.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalovu vəziyyət çox da narahat etmir.
Musiqi təhsili verən müəllimlərin maaşlarının məsələn 180 manat olduğu halda, bayram qabağı hər bir müəllimə 80 manat məvacib ödənilməsi böyük səs küyə səbəb olub. Bu elementar göstərdiyimiz müqayisədir.
Əsas məsələ isə bu göstərdiyimiz yüksək məvacib sahiblərinində bu tərzdə yəni standartlaşdırılmış formada məvaciblə təmin edilməsidir ki, buda heç bir əmək müqaviləsi ilə tənzimlənməmiş formatın icra edilməsindən xəbər verir.
Köhnə bazara yeni adət gətirən idarə rəhbərləri tədris ilinin əvvəlindən bu tipli əməliyyatlar etməsi artıq keçən yazılarımızında subutu sayılmaqdadır.
Vüqar Zeynalovun “nəzarətsiz” fəaliyyəti nəticəsində paytaxtda yerləşən bir sıra musiqi məktəblərində şagirdlərin dərslərdən yayınma halı adiləşib. Elə şagirdlər var ki, onla direktorlarla razılaşaraq ümumiyyətlə məktəbə gəlimirlər.
Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayevin etimadını hazırda doğrultmayan və şəxsi maraqlarını qanunlardan üst tutan V.Zeynalovun artan narazılıqlara biganə münasibətinin arxasında nəyin və ya kimlərin dayandığını araşdırırıq.
Ümid edirik ki, Əbülfəz müəllim Bakı şəhər Mədəniyyət və Turizm idarəsində və musiqi məktəblərində baş verən qanun pozuntuları və dövlət vəsaitinin mənimsənilməsi faktlarının qarşısının alınması üçün tapşırıqlar vercəcək.

RealMedia.az

Şərhlər

XƏBƏR LENTİ