XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Müəllimlərin maaşını kəsdi ki, nazir Əbülfəs Qarayevin borcu var” - ŞOK İDDİA

“Müəllimlərin maaşını kəsdi ki, nazir Əbülfəs Qarayevin borcu var” - ŞOK İDDİA

“Müəllimlərin maaşını kəsdi ki, nazir Əbülfəs Qarayevin borcu var” - ŞOK İDDİA
15-05-2020, 10:24

Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən 32 saylı uşaq musiqi məktəbi Mədəniyyət Nazirliyinin qərarı ilə ləğv olunaraq Maştağa qəsəbəsində yerləşən 10 saylı uşaq musiqi məktəbinə birləşdirilir.

“Virtualaz.org”a istinadən xəbər verir ki, nəticədə 9 kənd və qəsəbədən olan 200-dək şagird musiqi təhsilindən uzaqlaşır, 48 nəfərlik müəllim kollektivi iş yerini itirmək təhlükəsi ilə üz-üzə qalıb.

Bu il fevral ayının 1-dən birləşmənin həyata keçirilməsi ilə bağlı mədəniyyət nazirinin əmri olsa da, məktəbə dərs ilinin sonunadək hazırkı binada fəaliyyət göstərməyə icazə verilib.

Məktəbin 48 nəfərlik müəllim heyəti adından bir qrup müəllim virtualaz.org–un redaksiyasına problemlə bağlı müraciət edib.

Onların sözlərinə görə, məktəbin bağlanmasına səbəb Mədəniyyət Nazirliyinin məktəbə qarşı “qərəzli münasibətidir”.

Şikayətçilər bildirirlər ki, məktəbə bundan əvvəl beş il Mübariz Quliyev adlı şəxs rəhbərlik edib. Onun dövründə məktəbdə yeyinti halları aşkarlanıb və həmin şəxs işdən azad olunub. Elə bütün problemlər də bununla başlanıb.

“Bildiyimizə görə, bu şəxs korrupsiyaya görə 13 nömrəli məktəbdən qovulmuşdu, amma gətirib bizim məktəbə direktor qoydular və bu illər ərzində bizim başımıza olmazın oyunlar açdı.

Keçdiyimiz dərslərin pulunu vermirdi, məsələn, jurnalda 25, 36 saat dərs yazılırdı, amma 12, 18 saatının pulunu alırdıq. İki il musiqi müəllimlərinin maaşını kəsdi ki, nazir Əbülfəs Qarayevin borcu var.

Onun bu hərəkətlərindən bezən müəllimələrdən biri direktoru və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikovu məhkəməyə verdi.

Bir il sürən məhkəmə prosesi nəticə verdi, məktəbə yoxlamalar gəldi, M. Quliyevi işdən uzaqlaşdırdılar.

Ondan sonra nazirlikdə məktəbin müəllimlərinə qarşı qərəz yarandı...”, - musiqi nəzəriyyəsi müəllimi Esmira Səbzəliyeva bildirir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.