SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AİB-in ad çəkdiyi "halal" kolbasa firmalarından sensasion faktlar

AİB-in ad çəkdiyi "halal" kolbasa firmalarından sensasion faktlar

Tarix:

18-01-2018, 09:54

/ 3 788 dəfə oxundu.
AİB-in ad çəkdiyi "halal" kolbasa firmalarından sensasion faktlar

"Halal" adı altında vətəndaşlarımız aldadılır

Azad İstehlakçılar Birliyinin rəhbəri Əyyub Hüseynovun Feysbukda paylaşdığı siyahıya istinadən araşdırma apardıq.

AİB sədri qeyd edib ki, çoxsaylı ölkələrdən "Halal" loqosu ilə Azərbaycana mal idxal olunur. Azərbaycanda olan, dövlət tərəfindən tanınmayan bəzi qurumlar da pul müqabilində "Halal" sertifikatı verirlər.
Azərbaycanda "Halal" sertifikatını qanuni yolla almış müəssisələrin siyahısında E.Hüseynov məşhur firmaların adlarını açıqlamayıb.
Məsələn, siyahıda "Hacı Turqay", "SAB", "Ruski vkus", "Rosko" kimi firmaların adlarına rast gəlinmir. Yəni, Azərbaycanda "Halal" sertifikatını qanuni yolla almış müəssisələr sayılmırlar.
“1000 bərəkət, halal nemət”, “Hicaz”, “Sevimli dad” kimi kolbasaların da adları siyahıda halal kimi keçmir. E.Hüseynov paylaşıb ki,
“Səhliyalı” kiçik müəssisəsi “Quşçuluq” yaşayış massivi, Hakan Foods Azərbaycan Trading Co. Ltd MMC, Qafqaz Konserv Zavodu MMC, AZ Protein Foods Group MMC, “M & T LTD” Firması, Zəhmət-Ruzi MMC, SƏBA AS, “Ovqat”, AL-SANA MMC, “Orxan-SS” və “Ovçular ət və ət Məhsulları” MMC qanuni "halal" sertifikatı alıb.

Halbuki, onların da "halal"lığına şübhələr var və mediada bu haqda məlumatlar gedib.

Ət məhsulları istehsalı ilə məşğul olan “Orxan SS” firmasında aparılan yoxlama zamanı müəssisə tərəfindən bilərəkdən yalan reklamlar yayımlanmaqla və məhsulların markalanmasında düzgün olmayan məlumatlar verilməklə istehlakçıların çaşdırılmasına yol verildiyi müəyyən edilmişdi.
Belə ki, “CF” və “KRISTAL” əmtəə nişanlı ət məhsullarının avtonəqliyyat vasitələrində yayımlanan reklamlarında və həmin əmtəə nişanlı “Baranina”, “Krakovskaya”, “Servelat Xəzər”, “Kristal Həvəskar”, “Ukrainskaya kopçennaya” kolbasalarının və “Təndir” sosiskasının etiketində məhsulların halal olması ilə bağlı ifadələrin verildiyi halda, müəssisədə halal ət məhsullarının istehsalı üçün müvafiq şəraitin olmadığı və həmin məhsulların tərkibində donuz əti və piyi olan məhsullarla eyni istehsalat sahəsində istehsal olunduğu müəyyən edilib.
Bundan başqa, bir müddət əvvəl Al-Sana” MMC-nin satış meneceri Vüqar Namazov və sürücü Kamil Mehdiyev 200 kiloqrama yaxın istifadəyə yararsız və müddəti bitmiş “Fitnes” kolbasa və sosiska məmulatlarını satarkən saxlanılıb.
Məlum olub ki, "Marka" şirkəti olaraq fəaliyyət göstərən firma məhsullarını “Al-Sana” MMC-nin sexində istehsal edir.
Firma “Fitnes” kolbasa və sosiska brendi ilə TV kanallarında reklam olunur. Şirkət halallıq sertifikatı almamasına baxmayaraq halal adından istifadə edir.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, “Fitnes” kolbasa və sosiskasının təsisçiləri həm də dini qrup olan sələfilərin nümayəndələridir.
Bunların biri Mədinədə təhsil almış və «mədinə tələbəsi» adı ilə məşhur olan Ramil Soltanovdur. Özünü sadə insan kimi təqdim etməsinə baxmayaraq, əslində lüks həyat tərzi ilə məşhurdur.
Deyilənlərə görə, "Ovqat” şirkətinin məhsullarının markalanması da normativ sənədlərin tələbinə cavab vermir.
Bildirilir ki, şirkətin istehsal etdiyi məhsullar bir sıra onkoloji xəstəliklərə yol açır. Azərbaycandakə kolbasa və sosislərin “halal” istehsalı ilə bağlı bir müddət əvvəl Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun mətbuatda qalmaqallı çıxışı olub.
R.Həsənov qeyd edib k, “kolbasa və ya sosis üçün müəyyən edilmiş standart şərtlərində göstərilir ki, bu məhsula donuz piyi vurulmalıdır.
Əgər bu vurulmursa, o zaman həmin məhsul standarta uyğun hesab olunmur. O zaman da həmin məhsulun buraxılmasına biz imkan vermirik”.
Bir neçə il qabaq “Hacı Turqay” ticarət nişanı altında halal məhsullar istehsal edən “M&T” Ltd firmasının laboratoriya müdiri Azadə Rzayeva hazırlanan məhsullara donuz piyi əvəzinə kərə yağı qatıldığını bildirib.

Bu baxımdan “Ovçular” firmasının da adı etibarlı istehsalçılar arasında keçmir.

Xatırladaq ki, o zaman MMC Servelat halal", "Ovçular halal", "Həvəskar", "Hinduşka" kolbasalarının və "Moloçniye" sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, "Ruskaya", "Servelat", "Moskovskiy servelat", "Oxotniçaya", "Lyubitelskaya", "Doktorskaya", "Halal bərəkət", "Halal", "Domaşniy", "Halal ovçular" kolbasalarının isə gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal etməkdə, saxlama müddəti ötmüş Almaniya istehsalı olan "Sorbat R" adlı qılaftəmizləyicidən istifadə etməkdə ittiham olunurdu.
Həmin ərəfədə "Ovçular ət və ət məhsulları" MMC-nin qapadılması gözlənilsə də bu baş vermədi. Bütün tərəfləri dinləməyə hazırıq.

Fia.Az

Şərhlər

XƏBƏR LENTİ