XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanda "Halal" sertifikatı verən şirkət cərimələnib

Azərbaycanda "Halal" sertifikatı verən şirkət cərimələnib

Azərbaycanda "Halal" sertifikatı verən şirkət cərimələnib
2-12-2019, 11:37

Nizami Rayon Məhkəməsi “Azesert Halal” MMC-nin 1200 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) ilə təqsdirli bilinib.

Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il qərarından “Azesert Halal” MMC-nin verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

"Azesert Halal" MMC Halal məhsulların sertifikatlaşdırılması üzrə akkreditasiya edilmiş qurumdur.

XalqXeber.Az
OXŞAR XƏBƏRLƏR

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.