SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıt şəhər 4 və 11 nömrəli məktəbin valideynləri adından prezidentə - AÇIQ MƏKTUB

Sumqayıt şəhər 4 və 11 nömrəli məktəbin valideynləri adından prezidentə - AÇIQ MƏKTUB

Tarix:

10-01-2018, 00:09

/ 4 368 dəfə oxundu.
Sumqayıt şəhər 4 və 11 nömrəli məktəbin valideynləri adından prezidentə - AÇIQ MƏKTUB

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENT İ İLHAM ƏLİYEV CƏNABLARINA
Sumqayıt şəhər 4 və 11 nömrəli tam orta məktəblərdə inklüziv təhsil alan Sağlamlıq imkanları məhdud şagirdlərin valideynləri adından

AÇIQ MƏKTUB

Hörmətli Cənab Prezident !

Sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlarımızın etibarlı gələcəyini təmin etmək üçün Tərəfinizdən gərəkli işlər görülür.
Sağlamlıq İmkanları Məhdud Uşaqların cəmiyyətə inteqrasiyası üçün hər şərait yaradılıb.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara sonsuz məhəbbət və qayğı göstərətrək, uşaqların maddi təminatla yanaşı, mənəvi mənəvi ehtiyaclarını da yüksək səviyyədə qarşılayır.
Lakin Sumqayıt şəhərinin 4 və 11 nömrəli orta məktəblərində inklüziv təhsil alan sağlamlıq imkanları məhdud uşaqlarımız təhsil almaqdan məhrub olunublar.
Biz uşaqlarımızı dövlətə etibar edib təhsil almaq üçün məktəbə göndəririk.
Dövlətimizuşaqlarımız üçün məktəblərdə lazım olan hər şəraiti yaratsa da, Təhsil Nazirliyi Sumqayıt şəhərinin xüsusi qayğıya ehtiyacı olan uşaqlarına “qənim” kəsilib.
Məktəblərdə uşaqlarımıza baxan, nəzarət edən yoxdur. Məktəb direktorlarına şikayət edirik, amma onlar bu problemin həllində acizdirlər.
Araşdırmalarımız və əldə aldığımız məlumatlar nəticəsində ki, bizə aydın oldu ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı aparılan bu çirkin kampaniyanın başında dayanan təhsil nazirinin müavini Ceyhun Bayramovdur. Sumqayıtda inklüziv layihə Ceyhun Bayramovun əmri ilə bağlanıb. C.Bayramov maliyyə nazirinin müavini işləyən qardaşı Azər Bayramovun əli ilə Sumqayıtda bu layihəyə ayrılan pulları yedikləri üçün, bu layihəni Sumqayıtda bağlatdırıblar.
Bura ayrılan pulları da 2 qardaş ata malı kimi bölüşdürüblər. Məktəb direktorlarında da göstəriş verilib ki, məktəblərdəki sağlamlıq imkanları məhdud uşaqları məktəbdən çıxarıb, internat məktəblərinə göndərin. Məktəb direktorları da, təhsil şöbəsi də vəzifələrini itirmək qorxusundan səslərini çıxartmır.
Məktəb direktorları bizə deyir ki, gəlin uşaqlarınızı məktəbdən çıxarıb inetrnat məktəbində oxudurun. Uşaqlarımız internat məktəbində oxuyacaqdısa onda inklüziv təhsil sistemi nə üçündür ? Sizin əmrləriniz əsasında inklüziv layihəyə ayrılan pullar hara gedir ? Kimlərə xərclənir ?
Ceyhun Bayramovun qardaşı-Azər Bayramov Maliyyə Nazirliyində təhsil sistemi ilə bağlı maliyyələşmələrdə söz sahibidir. Büdcə sektoruna nəzarət komisiyasının da sədridir. Təhsil sektoruna ayrılan milyonlarla vəsaiti Ceyhun və Azər Bayramov qardaşları talan edir.
Dahilər deyib ki, “bir uşağı xoşbəxt etmək dünyanı xoşbəxt etmək deməkdir”
Məktəblərdə uşaqlarının nəzarətsiz qalmasını görən bir çox valideyn uşaqlarını məktəbdən çıxarmağa məcbur olub.
Təhsil nazirliyi "gözdən pərdə asmaq üçün" cəmiyətdə batmış nüfuzunu bərpa etmək üçün, guya Sumqayıt məktəblərində 1 günlük sağlam təhsil laiyələri həyata keçirir. Lakin xəstə uşaqlar haqqında düşünmək belə istəmir.
Cənab Prezident! Təhsil Nazirliyinin “çirkablardan” “təmizlənməsi” üçün güçlü, iradəli, Sizə sadiq olan rəhbərə böyük ehtiyacı var.
Biz valideynlər həmin şəxsin Nərgiz Xanım Paşayeva olmasını arzu edirik.
Bu günədək Ceyhun və Azər Bayramov qardaşları tandemi sağlamlıq imkanları məhdud uşaqlara “qalib” gəldi. Onları “təbrik” edirik.
Bu 2 qardaşı himayə edən “gizli əl” kimdir ki, onlar Sizin əmrlərinizə qarşı çxırlar ?
Bu özbaşınalıqların Prezident Seçkiləri ərəfəsində olmasını biz təsadüfi saymırıq.
Xahiş edirik 2018-ci ildə Ceyhun və Azər Bayramov qardaşlarının fırıldaqlarına, özbaşınalıqlarına son qoyub, sağlamlıq imkanları məhdud uşaqlarımıza sahib çıxasınız.
Əvvəlcədən Sizə təşəkkür edirik..

Sumqayıt ş. 4 və 11 №-li tam orta məktəbdə
inklüziv təhsil alan
Sağlamlıq imkanları məhdud şagirdlərin
valideynləri adından İdrisova Xalide

Şərhlər

XƏBƏR LENTİ