XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi internat Məktəbində təhsil alan uşaqlar üçün bayram tədbiri təşkil olunub

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi internat Məktəbində təhsil alan uşaqlar üçün bayram tədbiri təşkil olunub

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi internat Məktəbində təhsil alan uşaqlar üçün bayram tədbiri təşkil olunub
23-12-2017, 15:01

22 dekabr 2017-ci il tarixdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə rayon ərazisində yerləşən Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi İnternat Məktəbində təhsil alan fiziki və əqli qüsuru olan uşaqlar üçün bayram tədbiri təşkil olunub.
Heydər Əliyev Fondunun nümayəndələri, rayon rəhbərliyi, təhsil müəssisənin müəllim-şagirdlərinin qatıldığı tədbiri giriş sözü ilə açan internat məktəbinin direktoru İradə Vəzirova burada təhsil alan uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
İ.Vəzirova həmçinin uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusilə müəyyən əqli və fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını vurğulayıb.
Məktəb rəhbəri onları belə bir gündə yad edərək görüşə gəldiklərinə görə, tədbirin təşkilatçıları və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib və müəssisədə əqli və fiziki cəhətdən qüsurlu uşaqların normal təhsili, həmçinin onların müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunması üçün hərtərəfli şəraitin yaradıldığını qeyd edib.
Həmçinin qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə əsaslı təmir olunmuş Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbinin, onun nəzdində fəaliyyət göstərən musiqi məktəbinin və rayonda fəaliyyət göstərən digər təhsil və səhiyyə ocaqlarının istifadəyə verilməsi bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində dövlətimiz tərəfindən görülən işlərin əyani göstəricisidir.
Fiziki və əqli qüsuru olan uşaqların maddi təminatla yanaşı, daha çox mənəvi dəstəyə ehtiyaclarının olduğunu, sağlamlıq imkanları məhdud uşaqların da məhz belə bir ehtiyacını bu cür yüksək səviyyədə qarşılayan xeyirxah insanların əməllərinin yüksək qiymətə layiq olduğunu bildirən Heydər Əliyev Fondunun nümayəndələri dövlətimiz tərəfindən davamlı şəkildə onlara belə qayğıların göstərildiyini diqqətə çatdırıb və bunu Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi qayğı və diqqətə ehtiyacı olan uşaqlara sonsuz məhəbbətinin və qayğısının bariz nümunəsi olaraq dəyərləndiriblər.
Şaxta Baba və Qar Qızın uşaqları əyləndirdiyi şənlikdə onlar maraqlı ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş etdirib, şeirlər söyləyib və rəqs ediblər.
Bayram şənliyi tanınmış incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam etdirilib.
Sonda isə uşaqlara bayram hədiyyələri təqdim edilib.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi internat Məktəbində təhsil alan uşaqlar üçün bayram tədbiri təşkil olunub
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 nömrəli Xüsusi internat Məktəbində təhsil alan uşaqlar üçün bayram tədbiri təşkil olunub

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.