SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Təhsil Naziri Sumqayıtda vətəndaşları aldatdı - ŞİKAYƏT

Təhsil Naziri Sumqayıtda vətəndaşları aldatdı - ŞİKAYƏT

Tarix:

4-12-2017, 09:47

/ 1 459 dəfə oxundu.
Təhsil Naziri Sumqayıtda vətəndaşları aldatdı - ŞİKAYƏT

Azərbaycan Respublikasının Prezidenti
Zati-Aliləri İlham Əliyev Cənablarına
surəti:Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Azərbaycan Respublikasının Birinci Xanımı, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri, millət vəkili Hörmətli Mehriban Əliyevaya
surəti:“Heydər Əliyev Fondu”nun vitse-prezidenti Hörmətli Leyla Əliyavaya


Hörmətli Cənab Prezident,
Hörmətli Mehriban Xanım,
Hörmətli Leyla Xanım,

Təhsil Naziri Mikayıl Cabbarov tərəfindən aldadılan 4 və 11 №li orta məktəblərin valideynləri adından Sizə müraciət edərək Sizdən kömək istəyirik.
Bu məktəblərdə müəllim nəzarətində olan, sağlamlıq imkanları məhdud uşaqlarımız oxuyur. Lakin 2017-ci ildən uşaqlarımız nəzarətsiz qalıb. Siniflərdə uşaqlarımıza nəzarət edən müəllimlərin olmamasından dəfələrlə məktəb direktorlarına, Sumqayıt şəhər təhsil şöbəsinə, Təhsil Nazirliyinə şikayət etsək də heç bir fayda vermədi.
Nəhayət 30 sentyabr 2017-ci ildə Təhsil naziri Mikayıl Cabbarov Sumqayıt şəhərində yeni inşa edilən Heydər Əliyev adına sarayda vətəndaşları qəbul edərkən valideynlər adından 11 №li məktəbdən Həcər xanım adlı bir valideyni nazir qəbul etdi. Bu məsələni nazirin özünə şəxsən bildirdi. Nazir bu problemi həll edəcəyinə söz verib onlarla valideyn və sağlamlıq imkanları məhdud uşaqlara ümidlər verdi,
nazirin köməkçisi sağlamlıq imkanı məhdud olan şagirdlə şəkil də çəkdirib
M.Cabbarovun verdiyi sözdən 2 ay vaxt keçib yenə də problem həll olunmayıb. Əksinə bizə deyirlər ki, uşaqlarınızı gəlib məktəbdən çıxarın, aparıb internat məktəblərində yerləşdirin.Maliyyə nazirliyindən, dövlətdən bu layihəyə pul ayrılmır.
Dövlətimiz bizim üçün, uşaqlarımız üçün hər şey edir, hər cür şərait yaradıb.
Hörmətli Leyla Xanım Əliyeva uşaqların rifahı, sağlamlığı və təhsilinin təmin edilməsinin gələcəyimiz üçün ən dəyərli sərmayə olduğunu bildirmişdir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir : “ədalətsizliyin qarşısını ədalətlə almaq lazımdır. Amma ədalətsizliyə qarşı daha böyük bir cinayət törətmək, ədalətsizlikdən də betərdir”Sumqayıtda sağlamlıq imkanları məhdud uşaqları inklüziv təhsildən məhrum etmək cinayətdir. Sumqayıtı Ölkəmiz üçün kadr hazırlayan sənaye müəssisəsi adlandırlar. Əfsuslar olsun ki, Təhsil Nazirliyi Sumqayıta çox laqeyd, az qala düşməncəsinə münasibət göstərir. İnklüziv təhsili yalnız Sumqayıtda ləğv etmək ədavətdən başqa bir şey deyil. Sumqayıtdan alıb verə bilmədikləri nədir ? Sumqayıtda təhsil alanlar düşmən millətin uşaqları deyil.
Nazirlik dərsliklərdə böyük ermənistan xəritəsini çizərək, “erməni dəyirmanına su tökən əməkdaşını unudub” sağlamlıq imkanları məhdud , günahsız uşaqlarla ədavət aparır.
Onlara bu ixtiyarıkim verib ?
Prezientimiz İlham Əliyev Cənabları “xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidir" ifadəsi həm də məmurlara bir xəbərdarlıqdır.
Respublikamızın 17 nazirindən biri olasan, söz verib sonra sözündən qaçasan ! Həqiqətən, sözün bitdiyi yerdəyik. Siniflərdə nəzarətsiz qalan sağlamlıq imkanları məhdud uşaqlarımıza necəizah edək ki, nazir verdiyi sözü tutmadı, bizi aldatdı !
Təhsil naziri belə edəndən sonra məktəb direktorlarından, müəllimlərdən nə gözləyək ?
Görmədiyimiz, eşitmədiyimiz bir bu qalmışdı bunu da gördük.

Xahiş edirik bu problemin həll edilməsi üçün bizə yardımçı olasınız.
Sumqayıt şəhər sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri adından: İslamova Həcər


Tarix: 03 dekabr 2017-ci il

Ünvan; Sumqayıt şəhəri, Yaşıl Dərə yaşayış sahəsi, ev-361
Telefonlar; +9945 512- 39-39

xalqxeber.az
Təhsil Naziri Sumqayıtda vətəndaşları aldatdı - ŞİKAYƏT
Təhsil Naziri Sumqayıtda vətəndaşları aldatdı - ŞİKAYƏT

Şərhlər

XƏBƏR LENTİ