SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazirin Şaxta baba hədiyyəsi: Xəstəxanalara zay bakkuşlar sırınır

Nazirin Şaxta baba hədiyyəsi: Xəstəxanalara zay bakkuşlar sırınır

Tarix:

29-12-2017, 09:57

/ 1 931 dəfə oxundu.
Nazirin Şaxta baba hədiyyəsi: Xəstəxanalara zay bakkuşlar sırınır

Səhiyyə Nazirliyi hər il xəstəxanalara bayram hədiyyəsi paylayır
Verilən məlumata görə, Yeni il hədiyyəsi dövlət xəstəxanalarında işləyən tibb işçilərinə verilir.
Nazirlik səhiyyə şöbələrinə təlimat verir, rayonlarda səhiyyə şöbələri isə xəstəxanalarda həkimlərə, tibb bacılarına övladları üçün Şaxta baba hədiyyəsi göndərir.
Bu sovqat paylanması hər il təkrarlanır. Ancaq hədiyyələri açan tibb işçiləri onları zibil qutusuna tullayırlar.
Çünki hədiyyə paketinin içində zay bakkuşlar, xarab peçenyelər, vaxtı keçmiş şokoladlar, saqqız və s. olur.
Həkimlər və tibb bacıları isə insan sağlamlığına ziyan verən, zəhərlənmə təhlükəsi yaradan bu hədiyyələri zibil yeşiklərinə atırlar.
Nazirliyin bu hədiyyələrinin urvatsız, ucuz, xarab, zay məhsullardan hazırlanmasının məqsədi pul silməkdir. Bu barədə əldə etdiyimiz xəbərdə iddia olunur.
Hər il müəyyən maliyyə vəsaiti ayrılır və səhiyyə şöbələri həmin pulu mənimsəmək üçün ucuzluğa gedirlər.
Onlar peşəsi insan sağlamlığına xidmət etmək olan həkimlərə xarab mallar hədiyyə edirlər. Xəstəxanalarda işləyənlər isə övladlarına bu zay bakkuşları, peçenyeləri rəva bilmirlər.
Həmin hədiyyə paketinin ümumi dəyərinin maksimum 2 manat olduğunu deyən tibb işçiləri qeyd edirlər ki, nazirlik özünə hörmət qoysun, abırlı hədiyyə zənbili hazırlasın.
Verilən məlumata görə, həmin məhsullar ayrı-ayrı dükanlardan yığılır.
Satıcılar da vaxtı ötmüş malları sata bilmədiyi üçün hədiyyə torbalarına doldurub xəstəxanalara sırıyırlar.
Hazırda respublikanın əksər zonalarında dövlət xəstəxanalarında bu rüsvayçılıq müşahidə olunur. Belə görünür ki, məsələdən nazirliyin xəbəri yoxdur.
Bakıdan verilən maliyyə və təlimata uyğun olmayan addım atan yerli səhiyyə şöbələri vəsaiti mənimsəmək üçün biabırçılığa yol verirlər.
Tibb işçiləri isə qeyd edirlər ki, nazirlik onlara hədiyyə vermək istəyirsə, xəstəxanalar təmir olunsun, ələbaxımlığa son qoyulsun, əmək haqları 50 faiz artırılsın.
Ümumiyyətlə, Azərbaycan səhiyyəsi Oqtay Şirəliyev nazir təyin edildiyi tarixdən “insult keçirib”. Ölkənin tibb sahəsinin iflic olması hər gün ən yeni faktlarda öz əksini tapmaqdadır.
O.Şirəliyevin idarəçiliyi vətəndaşları öz səhiyyəsindən qoparıb ayrı-ayrı ölkələrə üz tutması ilə nəticələnib.
İndi ən yüngül xəstəliyə belə düzgün diaqnoz qoyulmadığına görə insanlar yaxın ölkələrin xəstəxanalarına qaçırlar. Bu, xəcalət çəkməli mənzərədir.
Ona görə də ABŞ Dövlət Departamenti Bakıda yaşayan vətəndaşlarına apteklərdən dərman almamağa çağırış etməsi azmış kimi, Gürcüstanın “Nyu Hospital” klinikasının direktoru Nika Okriaşvili Azərbaycan səhiyyəsini ifşa etmişdi.
Demişdi ki, azərbaycanlıların pulu çoxdur, böyük xəstəxanalar tikiblər. Amma hamısı müalicəyə Tbilisi şəhərinə gəlir.
Ölkənin yarısı Türkiyə, Rusiya, Gürcüstan, İran xəstəxanalarında, maddi şəraiti bir az yüksək olanlar Almaniya, İsrail, Fransa və s. klinikalarında müalicə, müayinə olunurlar.
O.Şirəliyevin dövründə səhiyyədə rüşvətxorluq, həkim səhlənkarlığı, ölüm halları, səhv diaqnozlar, dərman bazarına keyfiyyətsiz məhsulların ayaq açması, xəstəxanaların baxımsız qalması, özəl klinikaların vətəndaşları soğan qabığı kimi soyması birə beş artıb.
Artıq, Azərbaycanda xəstəyə qoyulan diaqnozların etibarlılıq limiti bitib. Çünki, bir xəstə 5 həkimə müraciət edir və 5 fərqli diqanozla rastlaşır. Dərmanlar baha, müayinə baha, nəticə isə bərbad.
Azərbaycanda səhiyyənin səviyyəsi yüksək olsaydı, bütün məmurlar ölkə səhiyyəsinə etibar edərdi.

Palitika.Az

Şərhlər

XƏBƏR LENTİ