SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Baba Rzayevdən işçilərinə yeni il sürprizi - Pul mükafatını kəsdi, yerinə pomidir verdi...

Baba Rzayevdən işçilərinə yeni il sürprizi - Pul mükafatını kəsdi, yerinə pomidir verdi...

Tarix:

29-12-2019, 00:46

/ 1 766 dəfə oxundu.
Baba Rzayevdən işçilərinə yeni il sürprizi - Pul mükafatını kəsdi, yerinə pomidir verdi...

Azərenerji” ASC-nin prezidenti işçilərinə yeni il hədiyyəsi olaraq iki kiloqram pomidor verib və işçiləri pul mükafatınfdan məhrum edib...
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. PİA.az-ın “Azərenerji” ASC-də çalışan bir şəxsdən əldə etdiyi məlumata görə isə Baba Rzayevin bu hətəkətindən işçilər narazı qalıblar və narazılıqlarını öz üstlərinə çatdırıblar. Hətta bəzi yerlərdə Baba Rzayevin pomidorlarını yerə tullayanlar da olub.

Qeyd edək ki, hər il "Azərenerji" Səhmar Cəmiyyətində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə pul mükafatları verilirmiş. Baba Rzayev gələndən sonra pul mükafatı ASC-nin yardımçı təsərrüfatlarında yetişidirilən tərəvəzlə əvəzlənib.

Bu gün isə mətbuatda “Azərenerji” ASC-nin Xaçmaz rayonunda yerləşən 30 hektar sahəyə malik olan modul elektrik stansiyasında - strateji dövlət müəssisəsinin ərazisində 10-dan çox istixana quraşdırılması haqqında məlumat yayılıb. Böyük ehtimalla Babab Rzayev yeni il hədiyyəsi olaraq verdiyi pomidorları bu istixanalardan gətizdirib.
Baba Rzayevdən işçilərinə yeni il sürprizi - Pul mükafatını kəsdi, yerinə pomidir verdi...

Şərhlər

XƏBƏR LENTİ