SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » 28 saxta diplom işi aranı qatdı: Nazir bu tibb kolleclərini yoxladır

28 saxta diplom işi aranı qatdı: Nazir bu tibb kolleclərini yoxladır

Tarix:

5-07-2017, 09:38

/ 62 946 dəfə oxundu.
28 saxta diplom işi aranı qatdı: Nazir bu tibb kolleclərini yoxladır

Məlum olduğu kimi, bu ilin ötən dövründə səhiyyə sahəsində 28 saxta diplom aşkarlanıb. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib
Bunu Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov açıqlayıb.
Onun sözlərinə görə, daha çox orta tibb ixtisası təhsil müəssisələrinin (tibb kollecləri) adından verilmiş saxta diplomlara rast gəlinir: “Ali təhsil müəssisələrinin adından istifadə olunaqla analoji faktlara çox nadir hallarda müşahidə olunur”.
Nazirlik rəsmisi qeyd edib ki, bu il aşkar olunan faktların 20-30 faizi xarici ölkədə oxuyub geri qayıdan şəxslərə aiddir. Əldə etdiyimiz bilgilərə görə, bu faktlar əsasında tibb kolleclərində yoxlamalar başlanacağı gözlənilir.
Məsələn, 1 və 2 saylı tibb kolleci, Gəncə tibb kolleci, Lənkəran tibb texnikumu və başqa bölgələrdə saxta diplomla bağlı araşdırmaların aparılacağı bildirilir.
Həmçinin, Mingəçevir, Şəki tibb kollecləri də təftiş edilə bilər. Həm də bu kolleclərdə imtahanlar pulludur və rüşvət tüğyan edir.
Xaricdə nüfuzu olmayan məktəbləri bitirən tələbələrimiz də var. Onlar saxta diplomla gələrək ayrı-ayrı yerlərdə işlə təmin olunublar. Bu məsələdə xəstəxanaların və baş həkimlərin günahı az deyil.
Çünki həkimlər arasında çoxsaylı saxta diplomlusu aşkar edilib. Nazirlik isə bu məsələyə ciddi yanaşmalıdır.
Nəzərə almaq lazımdır ki, tibb gələcəyimizdir, xalqın səhhətinin həkimlərə etibar etməsidir. Saxta diplomlu həkimin əlinə düşən xəstənin taleyinə kim cavab verəcək bu aydın deyil.
Bir müddət əvvəl Kyoto universitetinin hospitalında həkim işləyən Vüsal Əliyev saxta diplom işini gündəmə gətirib. O, iddia edir ki, “Zəfəran Hospital”da çalışan Günay Qasımova saxta yolla mütəxəssis həkim diplomu hazırlatdırıb:
“İstanbul Universiteti Tibb Fakültəsi Daxili xəstəliklər və Endokrinologiya bölümündə bu adda xanım uzmanlıq təhsili almayıb. Sadəcə, 21.07.2014-21.04.2015 tarixlərində, yəni cəmi 9 ay kənardan izləməklə staj keçib.
Tam əmin olmaq üçün, İstanbul Universitetinin dekanı və prorektoru ilə əlaqə saxlanıldı, bu uzmanlıq diplomu saxtadır. Özünün facebook səhifəsində də, İstanbul Universitetində 4 il təhsil aldığı yazılıb, halbuki 9 ay staj keçib. Üstəgəl, diplomda Türkiyənin səhiyyə nazirinin soyadı yanlış yazılıb”.

Ulus.Az

Şərhlər

XƏBƏR LENTİ