XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Xətaidə yanan binaya görə şirkət rəhbərinə hökm oxundu

Xətaidə yanan binaya görə şirkət rəhbərinə hökm oxundu

Xətaidə yanan binaya görə şirkət rəhbərinə hökm oxundu
21-12-2017, 11:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yanğın təhlükəsizliyi qaydalarını pozmaqda təqsirləndirilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə M. Vəliyev son sözlə çıxış edib. O, günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Sonra hakimlər kollegiyası müşavirəyə gedib və müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, M. Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.