"Bilik çatışmazlığını büdcədən ayrılan vəsaitin artırılması ilə kompensasiya etmək olmaz" - Prezidentin köməkçisi
“Həm dövlətin, həm də vətəndaşların kənd təsərrüfatından, aqrar sektordan gözləntiləri həddən artıq çoxdur. Azərbaycan prezidenti tərəfindən aqrar siyasət dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunub. Digər sahələrdə olduğu kimi, aqrar sahədə də sosial tərəfdaşlıq münasibətlərinin qurulması çox vacibdir”.
Bu barədə Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib.
Onun sözlərinə görə, bu gün - aqrar siyasətin dövlət siyasətinin mühüm bir istiqaməti kimi müəyyən olunduğu bir vaxtda ekspert cəmiyyətinin formalaşmasına ciddi ehtiyac var: “Bu gün başqa sahələrdə bu və ya digər səviyyədə ekspert cəmiyyəti formalaşıb. Biz istərdik ki, kənd təsərrüfatı sahəsində də çox peşəkar ekspertlər olsun. Etiraf etmək lazımdır ki, biz heç də hər zaman aqrar təhsil, aqrar elm, aqrar tədqiqatlar, aqrar istehsalat arasında əlaqə və əks əlaqəni uğurlu təmin edə bilmirik. Bir məşhur alim deyib ki, kənd təsərrüfatında bilik və informasiya çatışmazlığını gübrənin həcminin, texnikanın sayının, dövlət büdcəsindən ayrılan vəsaitin artırılması ilə kompensasiya etmək olmaz. Bu, olduqca məntiqli fikirdir. Həqiqətən də müvafiq menecment, bilik, informasiya olmazsa, hər hansı resursla bu boşluğu doldurmaq olmaz. Digər sahələrdən fərqli olaraq, aqrar sahə sırf elmə bağlıdır. Elm olmadan bu sahədə ciddi dönüş etmək mümkün deyil. Buna görə, kənd təsərrüfatında elm bizi addım-addım müşayiət etməlidir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...