XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Nərimanovun icra başçısı postunu KİM TUTUR?

Nərimanovun icra başçısı postunu KİM TUTUR?

Nərimanovun icra başçısı postunu KİM TUTUR?
2-02-2022, 18:51

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 19 yanvar tarixli sərəncamı ilə Abdin Fərzəliyev Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunaraq, Abşeron rayon icra başçısı vəzifəsinə təyin olunub.

Xalqxeber.az Bizim.Media-ya istinadla xəbər verir ki, hal-hazırda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini Yusif Sadıqov icra edir.

Qeyd edək ki, Sadıqov Yusif Sadıq oğlu daha əvvəl Abdin Fərzəliyevin köməkçisi vəzifəsində çalışıb. Yusif Sadıqov 2020-ci il dekabrın 23-də İlham Əliyevin sərəncamı ilə icra başçısının 1-ci müavini təyin olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.