SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əmlakı qəsb olunan sahibkar nazirə şikayət etdi - Müraciət

Əmlakı qəsb olunan sahibkar nazirə şikayət etdi - Müraciət

Tarix:

15-11-2017, 17:26

/ 1 458 dəfə oxundu.
Əmlakı qəsb olunan sahibkar nazirə şikayət etdi - Müraciət

Gədəbəydə əmlakı hasara alınan, özü rayondan didərgin salınan sahibkar Fəxrəddin Bağırov fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət edib.

Sahibkar nazirə müraciətində qeyd edir ki, obyektinin hasarlanması mövcud qanunvericiliyə zidd olmaqla, yanğın təhlükəsizliyi qaydalarını da rədd edir.

Daxil olan müraciətdə deyilir:

“ Hörmətli nazir, kimə yazıram, kimə deyirəm inanmır. Çünki inanılası iş deyil. Mənim Gədəbəy rayonunda çıxarışla(Heydər Əliyev 10) sahib olduğum əmlak hasarlanaraq əlimdən alınıb. Sağ və sol tərəfində qonşuların hasarı olan bu əmlakın arxa tərəfi dərin yarğandır. Yalnız prospekt tərəfdən çıxış var idi. Onu da qanunsuz əməllərindən prezidentə şikayət etdiyimə görə başçı daş hasarla bağladıb. Təkrar edirəm, bütün qapı pəncərə və həyət darvazasını daş hasarla hördürüb. Əmlaka heç bir giriş yoxdur. Maşın, avadanlıq və mallar, şəxsi evim nəzarətsiz qalıb və talan olunur. Sikayətimlə bağlı nazirliyinizə rayon icra hakimiyyəti cavab verir ki, tikinti qanunduzdur, sizin əməkdaşlar da heç bir dəqiqləşmə aparmadan şikayətimi araşdırmırlar. FHN-in “qaynar xətti”ndən mənə qarşı qanunsuzluğu edən tərəfin sözlərinə əsaslanıb şikayətimdə yanğın təhlükəsizliyi ilə bağlı söylədiklərimi araşdırmırlar. Əmlakı çıxarışla, notariusun iştirakı ilə alqı-satqı edərək almışam. Xahiş edirəm yaranmış vəziyyətə müdaxilə edəsiniz. Bir əmlakın yolunu tamamilə bağlamaq dövləti biabır etmək deməkdir”.

Qeyd edək ki, Gədəbəyin icra başçısı R.Yediyarov 6 il əvvəl sahibkar F.Bağırovun obyektinin yan tərəfinə hasar çəkdirib. Sahibkar hasarın sökülməsi üçün ötən 6 ildə Gədəbəy İcra Hakimiyəti də daxil olmaqla müxtəlif qurumlara şikayətlər edib. Noyabrın əvvəlində Gədəbəy icra Hakimiyyətindən ona məktubla cavab verilib. Cavabda yazılıb ki, hasarı guya sahibkar özü çəkib. Bundan sonra sahibkar hasarın demontaj olunmasına başlayıb və icra başçısının qəzəbinə tuş gəlib. R.Yediyarov obyektin bütün giriş-çıxış qapılarını hasarladıb, sahibkarın əmlakı qəsb olunub. F.Bağırov hazırda Bakıdakı yaxınlarına sığınıb və ölkə rəhbərliyindən kömək gözləyir.

İstiqlal.az

Şərhlər

XƏBƏR LENTİ