SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Pərviz Şahbazov post müharibəsinə başladı

Pərviz Şahbazov post müharibəsinə başladı

Tarix:

15-11-2017, 14:27

/ 2 023 dəfə oxundu.
Pərviz Şahbazov post müharibəsinə başladı

nergetika Nazirliyi ətrafında narazılıqların baş qaldırdığı deyilir.

Bu barədə miq.az saytı məlumat yayıb.

Sayt yazır: "Gənc və perspektivli kadr kimi təqdim olunan yeni nazirin gəlişindən sonra nazirlik tərkibində qarşıdurma gündəmdədir. Belə ki, hazırda Energetika Nazirliyində Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi postuna uğrunda savaş başlanıb.

Pərviz Şahbazov nazir təyin olunan kimi Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi Hacıqulu Sadıqovu işdən çıxarıb. Məlumata görə, Hacıqulu Sadıqovun nazirlikdə ciddi nüfuzu olmayıb, həmçinin, kollektiv də ondan narazı olub.

Sadıqovun gedişindən sonra idarənin kollektivi bayram edirmiş. Yeni nazir bu mühüm posta hazırda Dövlət Qaz Nəzarəti İdarəsinin Şirvan regional bölməsinin rəisi Əfqan Şıxəliyevi gətirmək niyyətindədir. Hətta bununla bağlı artıq işə başlanıldığı deyilir. Lakin buna səbəb Əfqan Şıxəliyevin bacarıqlı rəhbər olması deyil.

Əfqan Şıxəliyev Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun kirvəsidir. Şıxəliyevin bu posta təyin edilməsini İsmayılovun yeni nazirin atası Oqtay Şahbazovdan (Yeni nazir Azərbaycan Prezidentinin İşlər müdiri Oqtay Şahbazovun oğludur) xahiş etdiyini bildirilir. Lakin bu təyinat hələlik rəsmiləşməyib.

Buna səbəbsə Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi postu uğrunda mübarizənin Energetika Nazirliyinin də hüdudlarını aşaraq, "klanlararası” müstəviyə keçməsidir. Hazırda bu posta kimin təyin olunması üzərində mübarizə gedir. Hələ ki namizədlərdən yalnız Əfqan Şıxəliyevin adı məlumdur".

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

miq.az

Şərhlər

XƏBƏR LENTİ