SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nazir İdarə rəisini əxlaqsızlığa görə işdən qovub

Nazir İdarə rəisini əxlaqsızlığa görə işdən qovub

Tarix:

15-11-2017, 17:07

/ 1 605 dəfə oxundu.
Nazir İdarə rəisini əxlaqsızlığa görə işdən qovub

Yeni təyin olunmuş Energetika naziri Pərviz Şahbazov dünən nazirliyin Dövlət Qaz Nəzarət İdarəsinin rəisi Hacıqulu Sadıqovu işdən qovub.
Ovqat.com-a bu barədə xəbər verən mənbənin sözlərinə görə, Hacıqulu müəllimin qovulmasının səbəbi haqqında xoşagəlməz xəbərlərin yayılmasıyla əlaqədardır.
Xatırladaq ki, ötən ilin sonlarında Energetika Nazirliyinin Dövlət Qaz Nəzarət İdarəsinin 15-ə yaxın işçisi vəzifəsindən uzaqlaşdırılmışdı. Hacıqulu müəllimin qərarına etiraz edən işçilər bu addımın qanunsuz olduğunu iddia edirdilər. Şikayətçilərdən birinin iddiası isə daha qalmaqallı idi. İdarənin 11 illik işçisi Ülkər Qasımovanın iddasına görə, rəisin etdiyi əxlaqsız təkliflə razışmadığı üşün işdən uzaqlaşdırılıb:
“11 il dövlət qulluğunda qanuni işçi kimi fəaliyyət göstərmişəm. Hacıqulu Sadıqov iyun ayında bizə yeni rəis təyin olunandan sonra 15-ə yaxın işçini qanunsuz şəkildə işdən çıxarıb. O, bir dəfə mənə də əxlaqsız təklif etdi. Təklifini qəbul etmədiyim təqdirdə işdən azad edəcəyini dedi. Qanuni dövlət qulluqçusu olduğumu və belə asanlıqla işdən azad olunmayacağımı bildirsəm də, dediyindən dönmədi. Oktyabr ayında mən xəstə olarkən bülletenim olduğu halda nazirliyə məktubla müraciət edib və ştatımı bağlatdırıb. Bu barədə mən də nazirə yazsam da, hər hansı bir cavab gəlməyib. Həmin şəxs heç dövlət qulluqçusu da deyil, adi latın əlifbasını da bilmir. Daha bilmirəm, hansı yolla o vəzifəyə qoyulub. Qanunsuz işdən çıxarılan əməkdaşlarımızdan Elxan Hüseynov da H. Sadıqovu məhkəməyə verib və hazırda proses gedir. Müxtəlif qurumlara, prezidentə belə məktub yazmışam. Mən öz haqqımın tapdanmasını istəmirəm”.
Haqqında səsləndirilən iddialarla bağlı açıqlamasında Hacıqulu Sadıqov isə ittihamları rədd edirdi. Onun fikrincə, Ülkər Qasımov işdən uzaqlaşdırıldığı üçün rəisə şər atır:
“İşdən çıxan biri nə deməlidir? Şər atmalıdır da. 57 yaşım var, Ülkər mənim oğlum, qızım yaşındadır. Özü bu yolun yolçusudur deyə, bizə də şər atır. Hətta valideynləri ondan imtina edib. Tam qərəzli mövqedir. İxtisara düşüb, biz ona başqa bir iş təklif etdik, qəbul etmədi. Dünəndən bir neçə sayt bu haqda yazıb, ancaq biri zəng vurub mənim fikrimlə maraqlanmır. Yazıblar ki, latın əlifbasını bilmir, heç maraqlandılar ki, bilirəm ya yox? Bunların hamısı yalandır”.
Energetika naziri Pərviz Şahbazovun 57 yaşlı idarə rəisini məhz bu ittihama görə, işdən çıxartdığı bildirilir.
Hacıqulu Sadıqov sözügedən idarənin rəisi vəzifəsində cəmi bir il duruş gətirə bilib.

Redaksiyadan: Yazıda adı çəkilən tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Ovqat.com
Nazir İdarə rəisini əxlaqsızlığa görə işdən qovub
Nazir İdarə rəisini əxlaqsızlığa görə işdən qovub

Şərhlər

XƏBƏR LENTİ