SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Unibank”ın haqsızlıqlarına dözməyən sahibkar prezidentə müraciət etdi – MƏTN

“Unibank”ın haqsızlıqlarına dözməyən sahibkar prezidentə müraciət etdi – MƏTN

Tarix:

5-10-2017, 16:31

/ 107 623 dəfə oxundu.
“Unibank”ın haqsızlıqlarına dözməyən sahibkar prezidentə müraciət etdi – MƏTN

Saytımızın daimi oxucularının bu sahibkarın bundan öncə bizim saytda yayımlanan sərt bəyanatları, açıqlamaları yəqin kimi xatirindədir. Bəli, söhbət məhz İsmayıllıdan olan və İsmayıllı rayonunda kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərovdan gedir. O Namət Əsgərov ki, biz onu doğulduğu, boya-boşa çatdığı və hal-hazırda da sahibkarlıqla məşşğul olduğu öz rayonunun ziyalılarından soraqlamışıq. Onun həyat və iş fəaliyyətini araşdırmışıq. Onun sadə fəhlə ailəsində dünyaya göz açdığını, daim öz zəhmətilə, əlinin qabarıyla çörək qazandığını öyrənmişik. Namət Əsgərovun dövlətə, dövlətçiliyə, Ulu Öndərə və onun siyasi kursunun layiqli davamçısı olan cənab Prezidentimiz İlham Əliyevə olan sədaqəti də bizə bəllidir. Rayon camaatının diliylə desək "Namət atı Əliyevçidir!” Bu fikir bizi həmin insanı, kiçik sahibkarı diqqətdə saxlamağa vadar etdi.
Mövzudan xəbəri olmayanlar üçün qısaca qeyd edək ki, Namət Əsgərov cənab Prezidentin milli iqtisadiyyatın inkişafına yönəlik siyasətini rəhbər tutaraq İsmayıllı rayonunda öz kiçik sahibkarlıq obyektini genişləndirmək və iş yerlərini artırmaq qərarına gəlmiş və bunun üçün "Unibank KB”ASC-nin sahibkarlara ayırdığı kredit xəttindən istifadə etmişdir. Krediti götürərək tam təyinatı üzrə xərcləmiş, öz kiçik sahibkarlıq obyektini genişləndirmiş və bununla da iş yerlərinin artırılmasına nail olmuşdur. Bankdan götürdüyü krediti birinci devalvasiyaya qədər vaxtlı-vaxtında ödəmişdir. Birinci devalvasiyadan sonra ödənişlərini çətinliklə də olsa davam etdirmişdir. Lakin ikinci məlum devalvasiyadan sonra əksər dollar krediti olan sahibkarlar kimi ödəniş edə bilməmişdir.
Mövcud vəziyyəti əsas tutaraq bank rəhbərliyinə müraciət etmiş, ona müəyyən güzəşt tətbiq edilməsini xahiş etmişdir. Lakin bank rəhbərliyi ona konkret güzəşt tətbiq etməkdən imtina etmiş, əksinə borcun tamamilə ödənilməsi tələbilə məhkəməyə müraciət etmişdir. Araşdırma zamanı məlum oldu ki, iş hal-hazırda Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Onu da əlavə edək ki, Namət Əsgərovun və onun geniş tərkibli ailəsinin yaşadığı yeganə ev, eyni zamanda bacısının və digər yaxın qohumunun evləri (3 ev) girovdadır. Və əgər məhkəmə bankın xeyrinə bitərsə hər üç geniştərkibli ailə evsiz-eşiksiz qalmaq təhlükəsiylə üz-üzədir. Namət isə israrla banka və bank rəhbərliyinə, aidiyyəti qurumlara, məhkəmə instansiyalarına rəsmi müraciət edərək bəyan edir ki, banka olan borcunu ödəməyə hazırdır. Yetər ki, bank ona müəyyən real güzəşt tətbiq etsin və ona yeni ağlabatan ödəniş qrafiki təqdim olunsun.
Bu düşüncə və məqsədlə sahibkar bu dəfə ölkənin başçısına-cənab Prezidentə müraciət ünvanlamışdır. Müraciətin tam mətnini məqalənin sonunda oxuya bilərsiniz. Lakin bəzi diqqətçəkən məqamları xüsusi vurğulamaq istərdik. Namət Əsgərov müraciətində qeyd edir: "Mən Unibankın Müşahidə Şurasının sədri Eldar Qəribova müraciət etdim ki , məni qəbul etsin. Mənə qarşı olan haqsızlığı ona yazılı sürətdə bildirdim. Lakin o buna reaksiya vermədi. Eldar Qəribovun Azərbaycan vətəndaşlarının sosial durumu, onun rəhbərlik etdiyi bankın Azərbaycan vətəndaşına vurduğu ağır iqtisadi zərbələr, vətəndaşların intihar həddinə çatdırılması vecinə deyilmi?!”
".....Və bankın azərbaycanlı rəhbəri Eldar müəllim azərbaycanlının əzilməyinə, sıxılmağına və hətta intihar həddinə çatmağına asanlıqla göz yumur. Eldar müəllimin vətəndaşlara belə biganə yanaşmasından sonra ürəkdən deyirəm - kaş həmin bankın rəhbəri qeyri-azərbaycanlı olaydı, başqa millətdən olan biri məni, ailəmin sosial durumunu, real vəziyyəti daha ədalətli qiymətləndirərdi, nəinki özümüzünkü dediyimiz Eldar müəllim...”
Namət Əsgərovun cənab Prezidentə ünvanladığı müraciətdə diqqətimizi çəkən bir bədii sualı (cavabı sualda gizlənən sual) olduğu kimi təqdim edirik:
"Unibank rəhbərliyindən-şəxsən Eldar Qəribovdan və Faiq Hüseynovdan soruşmaq lazımdır ki, 1 milyon qaçqın bəs etmirmi onlara?”
Son zamanlar bank kreditlərindən intihar edənlərin bəyanatlarıyla müəyyən oxşarlıq aşkarladıq bu cümlələrin sətir aralarında... Yəqin ki, aidiyyəti şəxslər, daha dəqiq desək bank rəhbərlərinin belə sətirlərə diqqətli yanaşmasını tövsiyə edirik. Axı intihar edənlərin, əzilənlərin, iqtisadi tənəzzülə uğrayanların, özünə, canına, ailəsinə qıymaq məcburiyyətində olanların hər biri azərbaycanlıdır. Qanı qanımızdan, canı canımızdan olan AZƏRBAYCANLI!!! Biz öz həmyerlimizin, həmvətənimizin, sakinimizin, soydaşımızın, vətəndaşımızın – azərbaycanlımızın qeydinə qala bilmiriksə, onun sosial durumuyla maraqlanıb ona əl tutmaq qərarını vermiriksə və verə bilmiriksə, onlara, onların problemlərinə vecsiz və ədalətsiz yanaşırıqsa, ÖZGƏdən nə gözləyirik?!

Mövzunu davam etdirəcəyik.

Qarşı tərəfin arqumentlərini dinləməyə hazırıq.

AZXEBER.COM
“Unibank”ın haqsızlıqlarına dözməyən sahibkar prezidentə müraciət etdi – MƏTN
“Unibank”ın haqsızlıqlarına dözməyən sahibkar prezidentə müraciət etdi – MƏTN
“Unibank”ın haqsızlıqlarına dözməyən sahibkar prezidentə müraciət etdi – MƏTN
“Unibank”ın haqsızlıqlarına dözməyən sahibkar prezidentə müraciət etdi – MƏTN

Şərhlər

XƏBƏR LENTİ