SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Yevlax Bələdiyyəsindən Prezidentə şikayət

Yevlax Bələdiyyəsindən Prezidentə şikayət

Tarix:

6-03-2020, 14:23

/ 6 752 dəfə oxundu.
Yevlax Bələdiyyəsindən Prezidentə şikayət

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə

​Sürəti: Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti
​Xanım Mehriban Əliyevaya

​Sürəti: Azərbaycan Respublikasının Baş Prakroru Cənab
​Zakir Qaralova

​Sürəti: Azərbaycan RespublikasınınDaxili İşlər Naziri Cənab
​Vilayət Eyvazova


Salam Möhtərəm Cənab Prezident.
Sizin ölkəmiz Azərbaycanda apardığınız islahatları bir mənalı olaraq Yevlax sakinləri tərəfində alqışlayırıq. Biz Yevlaxlılar hər zaman Sizinlə qürür duymuşuq. Bir vacib nüansı sizin diqqətinizə çatdırmaq istəyirik ki, 17 Oktaybr 2019-cu il tarixində sahibkarlıqla məşğul olmaq üçün mən Mikayılova Zeynəb və Əhmədova Sevil ​ Yevlax şəhər Bələdiyyəsinin sədr müavini Qazıyev Elçinə müraciət etdik. Yevlax şəhər Bələdiyyəsinin Sədr müavini Qazıyev Elçin ​ bizə boş ərazi olan Yevlağın Kamil Sabitov adlanan küçəsində bizə sahibkarlıqla məşğul olmaq üçün torpaq verəcəyini bildirdi və bunun mübadilində bizdən 8500 azn vəsait tələb etdi. Bizdə bu vəsaiti 5 noyabr 2019-cu il tarixdə Elçin müəllimlə şəhər Bələdiyyəsinin binasında Elçin Mübariz müəllimin yanında bu deyilən məbləği sayıb verdik. Verdiyimiz vəsaiti isə Bələdiyyənin işçisi Mübariz müəllim sayıb təhvil götürdü. Ancaq bu günə qədərdə hələ bizim torpağı verməyib. Biz sahibkarlar dəfələrlə Elçin Qazıyevə zəng etsəkdə eyni cavabı alaraq "Gözləyin Bələdiyyə sədri yeni təyin edilib təhvil təslim götürsün həll edəcəm". Artıq 4 ay keçməsinə baxmayaraq nə bizim verdiyimiz vəsaiti qaytarır nədə ki, torpağımızı verir. Artıq 1 aydır ki, telefonlarımıza belə cavab vermir. Biz bunu üçün getdik Yevlağın millət vəkili İlham Məmmədovun qəbuluna. İlham Məmmədov bizim yanımızda telefonunu götürüb zəng etdi Elçin müəllimə. Danışığı bitirdikdən sonra isə bizə dedi ki, əlavə 1500 manat verin mən həll edəcəm. İndi nə biz 8500 manatı ala bilirik nədə ki 1500 manatı. Cənab Prezidentimiz Sizdən və Mehriban xanımdan xahiş edirik ki, tapşırıq verin bizim pulumuzu qaytarsınlar.

Şərhlər

XƏBƏR LENTİ