XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sabah hava dumanlı olacaq – PROQNOZ

Sabah hava dumanlı olacaq – PROQNOZ

Sabah hava dumanlı olacaq – PROQNOZ
14-09-2017, 12:34

Sentyabrın 15-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 19-22° isti, gündüz 30-35° isti, Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində - 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 30-35° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.