SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Tarix:

17-10-2017, 12:54

/ 64 306 dəfə oxundu.
Sabah hava necə olacaq?

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı gözlənilir. Əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12°, gündüz 18-20° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 9-14° isti olacağı gözlənilir.

Şərhlər

XƏBƏR LENTİ