SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Həştərxanlı uşaqların sevimli İstirahət və əyləncə yeri -FOTO

Həştərxanlı uşaqların sevimli İstirahət və əyləncə yeri -FOTO

Tarix:

8-09-2017, 12:54

/ 93 390 dəfə oxundu.
Həştərxanlı uşaqların sevimli İstirahət və əyləncə yeri -FOTO

2011-ci ildə Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərinin ərazisində sosial layihələrin reallaşdırılması çərçivəsində, Heydər Əliyev parkının yanında, "Meçta" uşaq əyləncə şəhərciyi tikilmişdi, bir qədər sonra onun ərazisində "Meçta" uşaq kafesi istifadəyə verilmişdi.
Uşaq şəhərciyinin ərazisində 7 yaşa qədər uşaqlar üçün müxtəlif yelləncəklər və fiqurlarla pulsuz uşaq meydançası açılmışdır. Meydançada xeyli sayda uşaqların aynaması üçün geniş yer vardır. Meydança Volqanın sahilində, çox gözəl yerdə, "Rusiya və Azərbaycan arasında Dostluqlar" körpüsünün yanında yerləşir.
Bu yer dərhal Həştərxanın kiçik sakinlərinin və vilayət mərkəzinin qonaqlarının sevimli istirahəti yeri oldu. Orada həmişə, hətta iş günlərdə xeyli insan olur. Meydançanın ətrafında qızılgül kolları və ağaclar əkilmişdir, uşaqlar oynadığı zaman valideynlərin oturması üçün skamyalar quraşdırılmışdır. Uşaq şəhərciyinin ərazisi yaxşı vəziyyətdə saxlanılır, hər şey çox təmiz və baxımlıdır ki, uşaqlar üçün bu az əhəmiyyətli deyil.
"Meçta" şəhərciyində doyunca oynadıqdan sonra, sakit və xeyirxah vəziyyətdə rahat “Meçta” kafesində istirahət və qəlyanaltı etmək olar.
Bu il Həştərxan şəhərinin fəxri vətəndaşı Ədalət Huseynovun təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə vaxtı uşaq şəhərciyinin ərazisində nəinki uşaqların, həmçinin böyüklərin marağına səbəb olan uşaq bayramlarını keçirilir.
Həştərxan şəhər sakinləri şəhər mərkəzində belə rahat istirahət guşəsi üçün Heydər Əliyev Fonduna minnətdardırlar.
Həştərxanlı uşaqların sevimli İstirahət və əyləncə yeri -FOTO
Həştərxanlı uşaqların sevimli İstirahət və əyləncə yeri -FOTO

Şərhlər

XƏBƏR LENTİ