Denis Afanasyev Həştərxan Vilayəti Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri təyin olunmuşdur
Uzun illər Rusiya Federasiyasının Həştərxan vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri vəzifəsində fəaliyyət göstərən Denis Afanasyev son illər ərzində Azərbaycan və Həştərxan vilayəti arasında dostluq və iqtisadi əməkdaşlığın yüksək templə inkişafına böyük töhfə vermişdir. Belə ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan həyata keçirilmiş müxtəlif genişmiqyaslı layihələrdə, o cümlədən Ulu öndər Heydər Əliyevin abidəsinin ucaldılması və parkın salınması, Ümummilli liderin adını daşıyan 11 nömrəli tam orta məktəbin rekonstruksiyası və yeni korpusların tikilməsi, həmin məktəbin nəzdində yeni uşaq bağçasının inşası, Meçta uşaq əyləncə şəhərciyinin salınması və digər layihələrin həyata keçirilməsində birbaşa fəal iştirak etmişdir.
Bütün bunları nəzərə alaraq 2017—ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlığın inkişafındakı xidmətlərinə görə D.Afanasyev “Tərəqqi” medalı ilə təltif edilmişdir.
Onun yüksək səmərəli fəaliyyətini nəzərə alaraq Həştərxan vilayətinin qubernatoru S.Morozov 1 aprel 2019-cu il tarixindən D.Afansyevi Həştərxan vilayətinin Sənaye, nəqliyyat və təbii ehtiyatlar naziri vəzifəsini icra edən təyin etmişdir.

Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub
Anar Rzayev 114A və 114B marşrutlarındakı biabırçı vəziyyəti niyə görmür?
2 gün əvvəl Qarabağ kanalında batıb - Hələ də axtarılır