XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Müharibədən zərər çəkən ailələrin uşaqlarının sosial problemlərinə qayğı – ictimai monitorinq və hüquqi məsləhət xidmətinin təşkili.” layihəsi üzrə tədbir keçirilmişdir

“Müharibədən zərər çəkən ailələrin uşaqlarının sosial problemlərinə qayğı – ictimai monitorinq və hüquqi məsləhət xidmətinin təşkili.” layihəsi üzrə tədbir keçirilmişdir

“Müharibədən zərər çəkən ailələrin uşaqlarının sosial problemlərinə qayğı – ictimai monitorinq və hüquqi məsləhət xidmətinin təşkili.” layihəsi üzrə tədbir keçirilmişdir
7-09-2017, 15:12

05 sentyabr 2017-ci il tarixdə BMM-də Azərbaycan Respublikasının Prezidentinin yanında Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “Müharibədən zərərçəkən nəqliyyat işçiləri” İçtimai Birliyi “Müharibədən zərər çəkən ailələrin (qaçqın, məcburi köçkün, əlil, müharibə veteranları, imkansız və şəhid ailələrinin) uşaqlarının sosial problemlərinə qayğı – içtimai monitorinq və hüquqi məsləhət xidmətinin təşkili.” layihəsi üzrə yekun tədbir keçirilmişdir.Tədbirdə qaçqın məcburi köçkün , şəhid ailələrinin , əlil və veteranların , dövlət , QHT ,mətbuat nümayəndələrinin , təhsil işçiləri , ziyalılar, mütəxəssis - ekspertlər iştrak edirdilər. Keçirilən tədbirdə təhsilimizin durumu , problemler müzakirə edildi.Tədbiri İTV-nin əməkdaşı Kamil Məmmədov açdı və o “Müharibədən zərərçəkən nəqliyyat işçiləri” İçtimai Birliyinin haqqında geniş məlumat verdi. O qeyd etdi ki, “Müharibədən zərərçəkən nəqliyyat işçiləri” İçtimai Birliyi 1992-ci ildə Azərbaycan Dövlət Dəmir Yolu Təhsil Müəssisələri şöbəsinin rəis müavini Hacı Xədicə Babayevanin sədrliyi ilə bu ictimai birliyi təsis edərək uzun illərdir“Müharibədən zərər çəkən ailələrin (qaçqın, məcburi köçkün, əlil, müharibə veteranları, imkansız və şəhid ailələrinin) ) uşaqlarının sosial problemləri ilə maraqlanmış və bütün Azərbaycan regionlarında yaşayan bu ailələrin uşaqlarının sosial problemlərinin həlli yolunda çalışmışdır.Hazırda isə Hacı Xədicə Babayeva bu layihəni həyata keçirərək “Müharibədən zərər çəkən ailələrin (qaçqın, məcburi köçkün, əlil, müharibə veteranları, imkansız və şəhid ailələrinin) uşaqlarının təhsil sahəsindəki real durumunu aşkarlayaraq və bu sahədə ictimai monitorinq keçirərək, aidiyyəti təşkilatların iştirakı ilə onlarin sosial problemlərini həlli yollarını ortalığa qoyaraq və uşaqların təhsil hüquqlarına dair maarifləndirilmə işi apararaq bu sahəyə ictimai nəzarəti gücləndirmişdir. Daha sonra isə sözü Hacı Xədicə Xanıma vermişdir. Hacı Xədicə Xanım çıxış edərək qeyd etdi ki, bu layihənin həyata keçirilməsi ilə əlaqədar olaraq Qaradağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkün şəhərciyində tədbir keçirilmişdir. Tədbirdə Müharibədən zərər çəkən ailələr iştirak etmişdir.Qaçqın, məcburi köçkün, əlil, müharibə veteranları, imkansız və şəhid ailələrinin uşaqlarının sosial problemlərinə aid ictimai monitorinq keçirilmişdir. Bakıda Azərbaycan bayrağı ordenli “Şəhid pilot Təbriz Musazadə” adına təhsil və incəsənət hazırlıq mərkəzində tədbir keçirdik və təhsil mərkəzində təhsil alan müharibədən zərər çəkən ailələrin (qaçqin, məcburi köçkün , əlil , müharibə veteranlari , imkansiz və şəhid ailələrinin ) uşaqları ilə görüşərək onların bu təhsil və incəsənət mərkəzində pulsuz və güzəştli təhsil almaqlarını öyrəndik,bu işin müharibə bitməyən bir zamanda xalqımıza kömək olduqlarını aşkar etdik. Daha sonra Hacı Xədicə Xanım qeyd etdi ki, sosial hüquqları haqqıda məlumatları olmayan uşaq və gənclər icra strukturları tərəfindən əngəlliklərlə üzləşirlər. Maddi imkansızlıq, hüquqi biliklərə, təhsil haqqında məlumatlara yiyələnməkdən məhrum olur və nəticədə oxumaq həvəsindən düşürlər və qazanc dalınca gedirlər.Bu ailələrin yaşadıqları məntəqələrdə hüquqi xidməti göstərən hüquq məsləhətxanalarının olmaması məcburiyyət yaradır ki, şəhərə gedib məsləhət alsınlar buna isə maddi imkanları yoxdur.Daha yaxşı olardı ki ,bu məntəqələrdə müvəqqəti fəaliyyət göstərən hüquq məsləhət xidməti təşkil edilsin və onlara təhsil hüquqları haqqında məsləhət verilisin.
Sonda Hacı Xədicə Xanım qeyd edərək bildirdi ki, Qarabag müharibəsi əlilləri və şəhid ailələrinə sosial qayğı gücləndirilməlidir. Azərbaycanın Birinci vitse - prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Baki və Sumqayıt şəhərlərinin yataqxanalarıda müvəqqəti məskunlaşmiş qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə birbaşa sosial problemlərin həllinə böyük dayaqdır .

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.