SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Əri tərəfindən 500 manata satılan gəlin və bunların 158 saylı orta məktəblə ilginc əlaqəsi – VİDEO

Əri tərəfindən 500 manata satılan gəlin və bunların 158 saylı orta məktəblə ilginc əlaqəsi – VİDEO

Tarix:

31-08-2017, 20:20

/ 162 659 dəfə oxundu.
Əri tərəfindən 500 manata satılan gəlin və bunların 158 saylı orta məktəblə ilginc əlaqəsi – VİDEO

Bakı şəhər, Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbdə hökm sürən neqativ hallarla bağlı elektron ünvanımıza şikayət məktubu daxil olub. Şikayətin və narazılığın konkret motivlərini açıqlamadan öncə isə ilk baxışdan mövzudan bir qədər uzaq olan (əslində birbaşa aidiyyatı olan – red), bu yaxınlarda ölkə mediasının və sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilmiş məlum və məşhur olayı yenidən xatırlayaq. Beləliklə…

Əri tərəfindən 500 manata başqasına satılmış gəlin…
Bir müddət əvvəl mətbuatın 1 nömrəli mövzusuna çevrilmiş və qeyri-rəsmi nikahda yaşadığı əri Ceyhun Mehrəliyev tərəfindən bıçaqlanan, butulka ilə zorlanan, “əri”nin keçmiş qaynatasına 500 manata satılan qadının acı dramını yəqin, unutmamısınız. Zərərçəkən Aida Tomarxanova qeyri rəsmi ərinin bağ evində bağlı qapı arasında yaşadığı illəri verdiyi videomüsahibədə ətraflı şəkildə nağıl edib. Neçə il sonra yaralı və yarımçılpaq şəkildə bağ evindən qaçan Aida Təmiz Dünya ictimai Birliyinə sığınıb. Ceyhun Mehrəliyev dəfələr birliyin sədri Mehriban Zeynalaovaya təhdidlər ünvanlayıb.
Qeyd edək ki, Ceyhunun atası yazıçı publisist Elçin Mehrəliyev AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Müasir Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, anası Xuraman xanım isə 158 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi və dil-ədəbiyyat üzrə metodbirləşmə sədridir. Cütlük artıq neçə ildir ki, boşanıb, ata evi tərk edib və Ceyhun Mehrəliyev bütün bu “qəhrəmanlığ”ı anası ilə birlikdə yaşayarkən edib.

Ailəyə gəlin kimi gətirilən “Yevlax qaraçısı” dayəyə necə çevrildi?
Videomüsahibədə zərərçəkənin də dediyi kimi Xuraman müəllimə artıq bir dəfə boşanmış oğlunun evə gətirdiyi “qeyri-qanuni gəlin”i elə ilk görüşdən pis qarşılayıb, cehiz pulu olaraq gəlindən 50-60 min dollar pul tələb edib. Sonralar gəlinini “Yevlax qaraçısı” adlandıran müəllimə birlikdə olduqları məclislərdə gəlini hamıya qız nəvəsinin dayəsi kimi təqdim edib, onun hamilə olduğunu eşidəndə isə “abort” tələb edib. Bu səbəbdən Aida ikinci hamiləliyini qaynanasından gizli saxlayıb.
Oğlunun yaramaz əməllərinin daim arxasında olan, ona vəkillər tutan, “mətbuat əlimdədir, heç nə edə bilməyəcəksən”, “pul gücünə də olsa oğlumu qurtaracam” kimi cümlələri dilinə gətirməkdən çəkinməyən qaynana ssenarini davam etdirmək üçün üçüncü dəfə oğlunu evləndirmək eşqinə düşüb, onu “yaxşı yerdən” – rayonların birinin polis rəisinin qızı ilə nişanlayıb, Aidanı bağ evində açar altnda saxlayıb, toyda iştirak edib, qonaqları qarşılayıb. Və təbii ki, Ceyhunun bu evliliyinin də sonu yaxşı qutarmayıb.
Aida Tomarxanovanın bıçaqlanmış şəkildə polisə qaçmasından isə artıq bir ilə yaxın vaxt keçir, Ceyhun Mehrəliyev o biri qadından olan qızına aliment vermədiyi üçün istintaqa cəlb edilib. Aidanın şikayəti isə təmin olunmayıb, əksinə Ceyhun dəfələrlə Aidanın sığındığı ictimai birliyi təhdid edib.

Qaynananın 158 saylı məktəbdəki məcaraları…
Bütün bunları hüquq mühafizə orqanlarının öhdəsinə buraxıb, başqa mövzuya keçək – yuxarıda qeyd etdiyimiz kimi, sözügedən qaynana qızı Günel Mehrəliyeva ilə birlikdə Yasamaldakı 158 nömrəli tam orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyir. Dəfələrlə kollektivdə qızı ilə birlikdə müəllim adına yaraşmayan hərəkətlərə yol verib, adı müxtəlif qalmaqallarda hallanıb. Ətraf ərazidə arzuolunmaz müəllimə kimi tanınan qadın demək olar ki, hər il dərs dediyi sinfin valideynləri tərəfindən ərizə ilə sinifdən kənarlaşdırılıb. Səbəb rüşvətxorluqdan başlayıb mənəviyyatsızlığa qədər uzanır. Amma hər dəfəsində növbəti qurbanlar, növbəti körpələr…
Bu baxımdan daxil olan məktubdakı fikirlərlə tanış olmaq yetərlidir:
“Hörmətli redaksiya. Sizə yazıb bildirirəm ki, mənim övladım Yasamalda yerləşən 158 saylı məktəbdə oxuyur. Onların Azərbaycan dili – ədəbiyyat müəlliməsi Əliyeva Xuraman sinifdə heç bir dərs keçmir, uşağa savad vermir. Dərs zamanı usaqlara əynindəki paltarların qiymətindən danışır, yeməklər yeyir, dəxlisiz söhbətlər edir. Özü və ailəsi haqqında internetdə çoxlu sohbətlər yayılıb. Biz belə bir müəllimənin övladlarımıza təhsil verməsini istəmir və sizdən bu məsələni ictimailəşdirmənizi xahiş edirik”.

Valideynlər direktorun qapısı ağzında niyə növbəyə dayanıb?
Bu yay yenə Xuraman müəllimənin keçən dərs ilində dərs dediyi sinfin valideynləri rəsmi şəkildə direktora müraciət edib, həmin valideynlərdən bir neçəsinin saytımıza verdiyi xəbərə görə, bu məqsədlə bütün yayı direktorun qapısı ağzında növbə gözləyiblər. Bəli, narahatlığa çox ciddi səbəb var, valideynlər övladlarının onlara dərs keçməyən müəllimədən alınmasını tələb edir. Bu tələbin yerinə yetirilib-yetirilməyəcəyi isə başqa söhbətin mövzusudur.
Bakı Press yazır: “ Məsələ ilə bağlı 158 saylı orta məktəbin direktoru ilə əməkdaşlarımız telefon əlaqəsi saxlayıb onun rəhbərlik etdiyi məktəbdə işləyən Xuraman Əliyeva və Günel Mehrəliyevin ailəsində bir qadının zorakılıq qurbanının olmasına hansı münasibət göstərməsi haqqında fikrini öyrəndik. Mehriban Ələkbərova bildirdi ki, Xuraman Əliyeva və Günel Mehrəliyeva hər ikisi müəllim kimi çox yaxşı müəllimlərdir”.
Ortaya isə belə bir sual çıxır: direktor Xuraman müəllimə haqqında əsl həqiqəti – saysız-hesabsız valideyn şikayətləri ilə bağlı məlumatı nə üçün gizlədir? Mehriban xanımı bu qadınla birləşdirən gözəgörünməz bağ hansıdı, niyə direktor hələ də onun arxasındadı və nazıyla oynamaqla məşğuldur?
Mənzərəyə nəzər salaq: Bir tərəfdə Xuraman müəllimənin qurbanı olan keçmiş gəlini sığınacağa alan, hüquqlarını qoruyan bir xanım (Mehriban Zeynalova), o biri tərəfdə isə cinayətkar qaynanı himayəsində saxlayan başqa bir xanım (Mehriban Ələkbərova). Cəmiyyət üçün kim hansı işləri görür, özünüz düşünün.
Sonda xatırladırıq ki, Mehriban Ələkbərova 158 nömrəli məktəbdə direktor olduğu qısa müddətdə artıq bir neçə dəfə neqativ hallarla bağlı adı mətbuatda hallanıb.
Yazıda adları keçən şəxslərin də fikirlərinə yer ayırmağa hazırıq.

Savash.org

Şərhlər

XƏBƏR LENTİ