Ərinin məşuqəsi onu niyə öldürdü? - Eyni evdə qalırlarmış....
Dünən Lənkəran şəhərində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. Anar Mahmudov küçəsi 128 ünvanında 1976-cı il təvəllüdlü Həsənova Sevda Rüstəm qızının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Arif Həsənovun eyni evdə qeyri-rəsmi nikahda yaşadığı Lerik rayon sakini, Gülşən Salayeva tərəfindən əmlak mübahisəsinə görə öldürdüyü məlum olub.
Bildirilir ki, xeyli müddət əvvəl A.Həsənov G.Salayevanı ikinci arvad kimi evə gətirib. O, qadınları bir evdə yaşamağa razı salıb və hər qadından 2 övladı dünyaya gəlib. Son günlər qadınlar arasında evin kimə qalacağı ilə bağlı mübahisələr olub. Sevdanın Gülşənə rəsmi nikahının olmadığını deməsi və evsiz qalacağı ilə hədələməsi onu özündən çıxarıb. Nəticədə Gülşən Salayeva odunla əri ilə rəsmi nikahda olan qadının başına zərbələr endirib.
42 yaşlı Sevda Həsənova hadisə yerində ölüb.
Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?