SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » QHT Şurasının dəstəyi ilə icra olunan aqrar sahə üzrə layihədə ciddi uğur əldə edildi

QHT Şurasının dəstəyi ilə icra olunan aqrar sahə üzrə layihədə ciddi uğur əldə edildi

Tarix:

25-08-2017, 14:04

/ 109 442 dəfə oxundu.
QHT Şurasının dəstəyi ilə icra olunan aqrar sahə üzrə layihədə ciddi uğur əldə edildi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin həyata keçirdiyi “Daha güclü dövlət, yaxşı yaşam üçün: Aqrar sahənin inkişafı!” kampaniyasının yerlərdə və mediada təbliği, yerli mütəxəssislər arasında şəbəkələşmənin yaradılmasına dəstək” adlı layihəyə yekun vurulub.
Musavat.com-un xəbərinə görə bu barədə açıqlama verən təşkilat rəhbəri Emin Xanlarov bildirib ki, layihə Elşad Məmmədlinin rəhbərliyi altında uğurla icra olunub: “Layihə çərçivəsində 6 rayonda (İmişli, Tərtər, Şəmkir, Göyçay, Şəki və Xaçmaz) tədbirlər keçirildi, eyni zamanda mətbuatda, sosial şəbəkələrdə təşviqat aparıldı. Bizim əsas məqsədimiz cənab prezident İlham Əliyevin də çıxışlarında dəfələrlə vurğuladığı kimi, aqrar sahənin ölkənin gələcəyində, inkişafında mühüm yer tutduğuna dair təşviqat aparmaq, bunun üçün birgə təsərrüfatların yaradılmasının alternativi olmadığını diqqətə çatdırmaq idi. Biz qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün aqrar sahədə uğur qazanmış bir sıra dövlətlərin də təcrübələrini fermerlərlə görüşdə nəzərə çatdırdıq. Apardığımız işlərin nəticəsi olaraq ciddi bir uğura da nail ola bildik. Belə ki, Şəmkir rayonunda 3 sahibkarlıq subyekti – fermer təsərrüfatları bizim təbliğat işlərimizin nəticəsi olaraq və bunu imzaladıqları müqavilədə qeyd etməklə, birgə müəssisə yaratmağa qərar verdilər. Hesab edirik ki, bu, bir stimul olacaq və qarşıda digər təsərrüfatların da birləşməsinin şahidi ola biləcəyik”.
Xəbərə həmçinin, aqrar sahənin inkişafı üçün stimul ola və sahibkarlara tezis şəklində təqdim etdiyimiz, dünya təcrübəsini də özündə əks etdirən təbliğat-təşviqat materialı da əlavə edilir.


***

İnkişaf üçün fermerlərin şəbəkələşməsində dünya təcrübəsi

Azərbaycanda mövcud olan iqlim qurşaqları, torpağın keyfiyyəti, su təchizatı, coğrafi şərait dövlətimizin aqrar ölkəyə çevrilməsi üçün tam imkan yaradır. Uzun illər Azərbaycanın əsas gəliri, büdcənin təxminən 70 faizi neftlə bağlı olub. Bildiyimiz kimi, son illərdə neftin dünya bazarında qiyməti düşüb və qarşıdakı azı 5 ildə indiki civarda qalacağı proqnozlaşdırılır. Bu, bizə müəyyən çətinliklər yaratsa da, kənd təsərrüfatının inkişafı üçün şanslar açır. Ölkə prezidenti Cənab İlham Əliyev də dəfələrlə bəyanat və göstərişlər verərək, aqrar sahənin inkişafının prioritet olduğunu bildirib.
Heç şübhəsiz ki, aqrar sahənin inkişafı üçün dövlət əlindən gələni etməyə çalışır. Eyni zamanda fermer-sahibkarlar da bu prosesdə mühüm rol oynayırlar.
Ölkəmizin hələ sovetlər dönəmindən aqrar sahə üzrə təcrübəsi var. Amma biz bununla kifayətlənməyərək, dünya təcrübəsini ciddi şəkildə öyrənməliyik. Aqrar sahənin inkişafı üçün mühüm şərtlərdən biri də müasir texnikaya sahiblənməkdir.
Məsələn, bu gün ölkədə bəzi regionlarda traktor, kombayn çatışmazlıqları barədə məlumatlar da alırıq. Bunun aradan qaldırılması üçün fermer-sahibkarların şəbəkələşməsi, kooperativ fəaliyyət göstərməsi inkişafa doğru gedən başlıca yollardan biridir.
İnkişaf etmiş ölkələrdə fermerlərin kooperativləşməsi kənd təsərrüfatının inkişafında başlıca amil hesab olunur. ABŞ-da, Kanadada, Yaponiyada və Avropa İttifaqı ölkələrində dövlət kooperativlərin inkişafına köməklik edir. Kooperativlərə güzəştli kreditlər verilir, mütəhərrik vergilər tətbiq edilir və dövlət hesabına kooperativlərin təkmilləşdirilməsinə aid müxtəlif proqramlar maliyyələşdirilir.
Nəticədə, fermerlərə məxsus emal və ticarət müəssisələrinin geniş şəbəkəsi yaradılır. Eyni zamanda, bu ölkələrdə torpaq bankları, kredit və sığorta kooperativləri də fəaliyyət göstərir.
İnkişaf etmiş ölkələrdə kənd təsərrüfatı kooperativlərinin iqtisadi mövqeyi çox yüksəkdir.
Məsələn, İsveçdə ixrac olunan süd və süd məhsulları 100 faiz, yumurta məhsulu isə 75 faiz kooperativlər tərəfindən göndərilir. Fransada da ölkə iqtisadiyyatında kooperativlərin rolu böyükdür. Onlar əmtəə istehsalçılarının 80 faizini əhatə edirlər.
Kooperasiya üzrə 150 illik dünya təcrübəsi ilə sübut olunmuşdur ki, müəyyən vəzifələri yerinə yetirmək üçün birləşmək fermerlərin fəaliyyətini əsaslı surətdə asanlaşdırır.
Sadə dillə desək, güc birlikdədir. Tutaq ki, bir fermerin böyük torpaq sahəsi var və onu əkib-becərməkdə çətinlik çəkir. Belə olan təqdirdə çıxış yolu kooperativləşməkdir. Bunun ölkəmizdə də nümunəsi var. Məsələn, İsmayıllı rayonu İvanovka kəndində sovetlər birliyi dağılandan sonra da birgə təsərrüfatlar ləğv olunmayıb. Bu səbəbdən İvanovkada aqrar sahə ölkənin digər əraziləri ilə müqayisədə daha məhsuldardır və səmərəlidir, gəlirlidir.

Şərhlər

XƏBƏR LENTİ