"Xarici investorlar aqrar sahəmizə ciddi münasibət göstərmir" - Nazir müavini
Aqrar sahə dünyanın ən riskli sahəsidir. Bu sahə dünyada kredit təşkilatları tərəfindən cəlbedici sahə hesab edilmir, eynilə bizim ölkəmizdə də vəziyyət belədir.
Bunu kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov bildirib.
Onun sözlərinə görə, son 10 ildə banklar kənd təsərrüfatı sektorunun kreditləşməsini 5 dəfə, Sahibkarlığa Kömək Milli Fondu isə 18,1 dəfə artırıb.
Buna baxmayaraq, naziri müavini bildirib ki, bu vəsait yetərli deyil.
"Dövlət xətti ilə aqrar sektora ciddi maliyyə dəstəyi verilir. Xarici investorlar isə aqrar sahəmizə elə də ciddi münasibət göstərmirlər. Bu, təkcə aqrar sahənin riskli olması ilə bağlı deyil, eyni zamanda burada ayrı-ayrı kredit alətlərinin, mexanizmlərinin tətbiqinin məhdudluğu ilə bağlıdır. Çünki aqrar sahədə daşınar əmlakların girov kimi qəbul edilməsi, hazır məhsulların girov kimi qəbul edilməsi, beynəlxalq təcrübədə öz əksini tapan və sınanmış alətlər hələlik ölkəmizdə tətbiq edilmir. Ümid edirik ki, bununla bağlı bizim təkliflərimiz nəzərə alınacaq və fermerlərin maliyyə resurslarına çıxış imkanları artırılacaq. Biz beynəlxalq təcrübədə özünü doğrultmuş bir neçə variantı təklif etmişik. Bu, yalnız hazır məhsulların girov kimi qəbul edilməsi ilə bağlı deyil, eyni zamanda götürülmüş kreditlərin faiz dərəcələrinin dövlət vəsaiti hesabına ödənilməsi kimi bir neçə müxtəlif alətlərin tətbiqini nəzərdə tutur", - S.Talıbov vurğulayıb.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...