SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dövlət İmtahan Mərkəzi sığortaçı seçib

Dövlət İmtahan Mərkəzi sığortaçı seçib

Tarix:

10-01-2025, 10:28

/ 662 dəfə oxundu.
Dövlət İmtahan Mərkəzi sığortaçı seçib

 Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşları və onların ailə üzvləri daxil olmaqla 800 nəfərin könüllü tibbi sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Meqa Sığorta" ASC-dir.

Qalib şirkətə 220 000 manat ödəniləcək.

Xatırladaq ki, DİM ötən il də əməkdaşlarının könüllü tibbi sığortalanması ilə bağlı "Meqa Sığorta"nı seçib. Bu məqsədlə sığorta şirkətinə 182 240 manat ödənilib.

Şərhlər

XƏBƏR LENTİ