XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Sakinlərin aksiyası haqda rəsmi - Açıqlama

Sakinlərin aksiyası haqda rəsmi - Açıqlama

Sakinlərin aksiyası haqda rəsmi - Açıqlama
3-08-2017, 12:17

Xəbər verdiyimiz kimi, dünən Bakı şəhəri, Səməd Vurğun küçəsi ev 138, 140 ünvanında yerləşən binanın sakinləri Nərimanov Rayon İcra Hakimiyyətinin önündə aksiya keçirib. Aksiya keçirilməsinin əsasə səbəbi isə sakinlərin yaşadığı binanı inşa edən “MARS MTK” şirkətinin komunal xidmətləri göstərmək üçün müqavilə bağladığı “Xəzər – Servis” MMC-nin su və lifti kəsməsi olub.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra başçısının birinci müavini Şahmar İbadovla əlaqə saxladıq. Ş. İbadov bildirib ki, sakinlərin şikayətləri dinlənilib və şirkətlə razılığa gəlinməsi üçün danışıqlar aparılıb:

“Bu məsələ 2 ay əvvəl bir dəfə də qaldırılmışdı, biz yerində sakinlərlə görüşmüşdük. Onlar “Xəzər – Servis” MMC-nin baha fəaliyyət göstərdiyi söyləmişdilər. Biz onlara izah etmişdik ki, mənzil kooperativi yarada və idarələr ilə müqavilə əsasında özləri işləyə bilərlər. Onlar da bu məqsədlə sənədləri yığaraq müəyyən qurumlarla görüşlər keçirirlər.

Ancaq hazırda məsələ belədir ki sakinlər yanvar ayından bu yana “Xəzər – Servis” MMC-yə pul ödəməyiblər. Şirkət 6 aydır, qaz, su işiq və lift xidməti göstərir, amma onlar şirkətə hər hansı bir ödəniş etmir. Sakinlərə dəfələrlə xəbərdarlıq edilib, pul ödənilmədiyi təqdirdə də ilkin olaraq lift və suyu dayandırılmışdı. Bizim müdaxiləmiz ilə dünən lift və su qoşuldu. Bir şərtlə ki, pul ödəniləcək. Sakinlərin sözlərinə görə, qanunvericilikdə adambaşına düşən məbləğ 80 qəpik olduğu təqdirdə, şirkət onlardan 1 manat 20 qəpik tələb edir. Dünən şirkət rəhbərliyi bildirdi ki, 6 ayın borcunu 70 qəpikdən hesablamağa razılıq verirlər, təki sakinlər tərəfindən borc ödənsin. Çünki borc yarandığı üçün şirkət müəyyən qurumlara 57 min manatı öz büdcəsindən ödəyib. Biz öz növbəmizdə problemin aradan qaldırılması üçün lazımi danışıqları apardıq, ümid edirik ki, məsələ öz həllini tapacaq”.

“Qafqazinfo”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.