
Bakıda daha bir polis bölməsinin rəisi işdən çıxarılıb.
Məlumata görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi İlham Əhmədov tutduğu vəzifədən azad edilərək sərəncama göndərilib. Onun yerinə hələlik təyinat yoxdur.